Icma.az
close
up
RU
Milli mənafeyə söykənən diplomatiya

Milli mənafeyə söykənən diplomatiya

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu Azərbaycanın milli siyasət fəlsəfəsinin, xüsusilə də diplomatiya modelinin mahiyyətini ortaya qoyan mühüm siyasi tribuna idi. Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın xarici siyasətində uğurun əsas düsturunu aydın şəkildə ortaya qoydu.

Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın müasir diplomatiya fəlsəfəsinin birmənalı və ardıcıl şəkildə necə qurulduğunu bir daha nümayiş etdirdi. Fəlsəfənin mərkəzində dayanan əsas prinsip isə milli mənafelərə söykənən, realist və prinsipial xarici siyasət modelidir. Qlobal mürəkkəblik dövründə bir çox dövlətlərin siyasi kursu ziddiyyətlər içində tərəddüdlərlə müşayiət olunduğu halda, Azərbaycan dövləti aydın strategiya və konkret hədəflərlə hərəkət edən bir aktor kimi fərqlənir.

Prezident İlham Əliyev çıxışında bu xətti “praqmatik, milli maraqlara əsaslanan və prinsipial mövqeyə söykənən diplomatiya” kimi xarakterizə etdi. Rəsmi Bakı modeli nə utopik iddialar üzərində qurulub, nə də gündəlik dəyişən beynəlxalq şərtlərə görə mütəmadi şəkildə modifikasiya olunan siyasi taktikalardan ibarətdir. Əksinə, bu diplomatiya sabit, amma çevik; açıq, amma qətiyyətli; əməkdaşlığa hazır, amma milli maraqları güzəştə getməyən siyasi davranış formasıdır.

Dövlətin yanaşmasında iki əsas prioritet xüsusi əhəmiyyət daşıyır: ölkədaxili legitimliyin təminatı və xarici əlaqələrdə etimadın qurulması. Yəni diplomatiya yalnız xaricdə deyil, daxildə də güclü dayaqlara söykənməlidir. Daxildə sabitlik, güclü ictimai dəstək və şəffaf idarəetmə mövcud olduqda dövlətin beynəlxalq aləmdə davranışı da daha inandırıcı və effektiv olur. İlham Əliyevin tez-tez vurğuladığı “öz xalqına düz danışmaq” tezisi məhz bu əlaqənin – daxili legitimliklə xarici etimad arasında körpünün – fəlsəfi və siyasi izahıdır. Əgər hökumət öz xalqı ilə dürüst münasibət qura bilirsə, vətəndaşın dövlətə olan inamı artır. Məhz bu inam xaricdə dövlətin çıxış etdiyi zaman arxasında dayanan ictimai gücün və etimadın göstəricisinə çevrilir.

İkinci mühüm istiqamət – xarici əlaqələrdə etimadın qurulması – Azərbaycanın regional və beynəlxalq siyasətdə necə mühüm oyunçuya çevrildiyini izah edir. Diplomatiyada inam, etibar və sabitlik strateji tərəfdaşlıq, investisiya, enerji təhlükəsizliyi, tranzit imkanları və regional layihələr kimi konkret nəticələrə səbəb olan amillərdir. Azərbaycan diplomatiyası proaktiv addımlar ataraq öz maraqlarını qabaqlayıcı şəkildə təmin edən bir aktor kimi çıxış edir.

Azərbaycanın xarici siyasət strategiyasının mühüm sütunlarından biri və bəlkə də ən dayanıqlısı – etibara əsaslanan tərəfdaşlıq münasibətləridir. Prezident İlham Əliyevin Xankəndidəki çıxışında bu yanaşmanın altı aydın şəkildə cızıldı – Azərbaycan bu gün beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş və təhlükəsizlik dayağı kimi tanınır. Müasir qlobal siyasət xaotik və təlatümlüdür. Qütbləşmə, güc mərkəzlərinin dəyişməsi, münaqişələr və enerji böhranları beynəlxalq münasibətlər sistemində proqnozlaşdırmanı çətinləşdirir. Mürəkkəb geosiyasi mənzərədə balanslı və dayanıqlı tərəfdaşlıq münasibətləri saxlamaq hər bir ölkə üçün strateji üstünlük sayılır. Məhz bu nöqtədə Azərbaycan diplomatiyası fərqlənir: həm regionda, həm də qlobal miqyasda sabit əlaqələr quraraq etibarlı siyasi “brend” formalaşdırıb.

Azərbaycanın qonşularla münasibətlərində bu yanaşma özünü daha aydın göstərir. Türkiyə ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələr təkcə siyasi yox, hərbi, iqtisadi və mədəni sahələrdə də dərinləşib. Gürcüstanla tərəfdaşlıq regionda nəqliyyat və enerji dəhlizlərinin sabitliyini təmin edən əsas sütunlardan biridir. İranla münasibətlərdə həssas məqamların mövcudluğuna baxmayaraq, Azərbaycan bu qonşuluğu qarşılıqlı hörmət və qeyri-müdaxilə prinsipləri çərçivəsində saxlamağı bacarır. Rusiya ilə münasibətlər isə daha çox praqmatizmə, enerji və təhlükəsizlik maraqlarının tarazlanmasına söykənən çoxölçülü siyasətdir.

Bununla yanaşı, Azərbaycan daha geniş miqyasda çoxvektorlu xarici siyasət yürüdür. ABŞ və Avropa İttifaqı ilə münasibətlər enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regionda sabitlik məsələlərinə yönəlib. Digər mühüm tərəfdaşlıq istiqaməti – Çin və ərəb ölkələri ilə qurulan münasibətlərdir. Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak etməsi, eyni zamanda körfəz ölkələri ilə investisiya, turizm və texnologiya sahəsində əməkdaşlığın inkişafı, diplomatiyanın çoxşaxəli və balanslı xarakterini təsdiqləyir.

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin təşkili strateji sabitliyin və regional təhlükəsizliyin başlıca dayaq nöqtəsidir. Prezident İlham Əliyevin Şuşa III Qloqal Media Forumundakı çıxışında da bu yanaşmanın əsas konturları aydın şəkildə görünürdü: Azərbaycan qalib tərəf kimi diktə edən yox, qurucu tərəf kimi bölgədə sabitliyin və əməkdaşlığın təşəbbüskarıdır. Tarixdən bəllidir ki, münaqişələrdən sonra revanşizm və siyasi intiqam meyilləri çox zaman yeni münaqişələrə yol açır. Azərbaycan isə tam əks yol tutaraq düşmənçiliyin yerinə qonşuluq münasibətlərinin təşəkkülünə səy göstərdi.

Məhz bu yanaşmanın nəticəsidir ki, Ermənistana sülh təklifi, sərhədlərin delimitasiya və demarkasiyası prosesində konkret addımlar, Zəngəzur dəhlizi təşəbbüsü və regionda əməkdaşlıq üçün yeni platformaların təklifi gündəmin əsas xəttinə çevrildi. Qapalı sərhədlərin yerini açıq dəhlizlərə vermək, düşmən dilinin yerini praqmatik dialoqa ötürmək – Azərbaycan diplomatiyasının fərq yaradan mövqeyidir.

Azərbaycanın xarici siyasətində seçilən əsas prinsiplərdən biri və əslində onun beynəlxalq nüfuzunun təməl daşı – beynəlxalq hüquqa sarsılmaz sadiqlikdir. Prezident İlham Əliyevin çıxışında bu prinsipin davamlılıq təşkil etdiyi bir daha aydın göründü. Azərbaycanın beynəlxalq hüququ aktiv müdafiə edən və təşviq edən bir aktor kimi çıxış etməsi ölkəni regionun sərhədlərindən kənarda da tanıdan əsas faktorlardandır. Beynəlxalq hüquq normalarına əməl etmək, ilk növbədə suverenlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiqlik deməkdir. Azərbaycan bu prinsiplərə qarşı illərlə davam etmiş ikili standartlara və selektiv yanaşmalara baxmayaraq, beynəlxalq münasibətlər sistemində hüquqi qaydaların pozulmazlığını ardıcıl şəkildə müdafiə edib. Ərazi bütövlüyünün pozulmasının yaratdığı fəsadları bilavasitə yaşamış bir dövlət olaraq Azərbaycan bu prinsipin universal xarakterini müdafiə etməklə, əslində kiçik və orta dövlətlərin maraqlarına xidmət etmiş olur.

Prezident İlham Əliyevin Şuşa III Qloqal Media Forumundakı çıxışında diqqətçəkən mühüm tezislərdən biri də coğrafi mövqenin strateji üstünlüyə çevrilməsi idi. Azərbaycan Avrasiya məkanının kəsişmə nöqtəsində yerləşir: bir tərəfdən Avropa ilə Asiyanın, digər tərəfdən Şimal ilə Cənubun təmas nöqtəsindədir. Unikal coğrafi məkan Azərbaycanı transregional kommunikasiya dəhlizlərinin ayrılmaz halqasına çevirir. Lakin coğrafi imkanlar təkbaşına kifayət etmir – onu reallaşdırmaq üçün siyasi iradə, sabitlik və sistemli diplomatik fəaliyyət tələb olunur. Azərbaycan məhz bu imkanları gerçəkliyə çevirərək öz ərazisini iqtisadi və nəqliyyat baxımından qlobal miqyasda vacib bir mərkəzə çevirib. Azərbaycanın coğrafi üstünlüyü siyasi fəallıqla tamamlanaraq, ölkəni Cənubi Qafqazda həm iqtisadi, həm də diplomatik baxımdan regional liderə çevirib. Bu gün rəsmi Bakı artıq qlobal tədarük zəncirinin və enerji arxitekturasının ayrılmaz hissəsidir.

Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət bir çox istiqamətdə yeni nəsil diplomatiya nümunəsinə çevrilib. Coğrafi mövqeyin strateji resursa çevrilməsi, beynəlxalq təşkilatlarda fəallıq və liderlik, qlobal çağırışlara çevik və ədalətli cavablar, sülh təşəbbüslərində fəallıq – bütün bunlar Azərbaycanı regionda sabit, proqnozlaşdırılan və məsuliyyətli aktor kimi təqdim edir. Uğurlu siyasətin arxasında isə aydın vizion, milli maraqlar üzərində qurulmuş çevik diplomatiya və Prezident İlham Əliyevin liderliyi dayanır.

Son olaraq qeyd etməliyik ki, Şuşa III Qloqal Media Forumunda səsləndirilən mesajlar göstərdi ki, Azərbaycanın xarici siyasəti konsepsiyalı, davamlı və nəticəyönümlüdür. Həm regionda, həm beynəlxalq təşkilatlarda, həm də qlobal çağırışlara münasibətdə Azərbaycan dəyər əsaslı siyasət yürüdür – bu siyasətin əsasında isə millətinə dürüstlük, tərəfdaşlara etibar, beynəlxalq hüquqa sədaqət və sülhə töhfə dayanır. Azərbaycan modeli sübut edir ki, diplomatiya məsuliyyətli gücün ifadəsidir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see338

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see270

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see234

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see227

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see199

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see190

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see189

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see184

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see184

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see182

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see181

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see179

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see178

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see171

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see166

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see165

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see164

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see164

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see157

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri