Icma.az
close
up
RU
Milli elm tərəqqiyə töhfəsini artırmalıdır

Milli elm tərəqqiyə töhfəsini artırmalıdır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Alimlərin dövlət qurumları ilə birgə fəaliyyəti böyük səmərə vəd edir

Elm insanların təbiət və cəmiyyət haqqında biliklər sistemi olub onların həyat və fəaliyyətinə çox böyük istiqamətverici təsir göstərir. Onun əsas yaradıcıları və daşıyıcıları isə alimlərdir. Həqiqi alim xalqın düşünən beyni və gələcəyi görən gözüdür. Bu səbəbdən, ölkəmizdə elmin inkişafına, elmi dərəcəsi olan kadrların hazırlanmasına dövlətimiz tərəfindən lazımi diqqət və qayğı göstərilir.

Ötən müddətdə dövlət büdcəsindən elmə çəkilən xərclər mütəmadi olaraq artırılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ilə nisbətən 2023-2024-cü illərdə bu artım 29,6 milyon manat təşkil edib. Eyni zamanda, ölkəmizdə fəlsəfə doktorları və elmlər doktorları hazırlayan müəssisələrin sayı da kifayət qədərdir. Belə ki, 2024-cü ilin rəsmi statistik məlumatına əsasən, ölkəmizdə 40 müəssisədə fəlsəfə doktorları, 24 müəssisədə isə elmlər doktorları hazırlanır.

Alimlərimiz müxtəlif tabeli elm və təhsil müəssisələrində, nazirliklərdə, şirkətlərdə çalışırlar. Onlar işlədikləri qurumun mənafeyinə uyğun fəaliyyət göstərirlər. Eyni zamanda, iqtisadçı alimlərimiz əsərləri, çıxış və məruzələri ilə əhalinin mövcud cəmiyyətin tələbinə uyğun iqtisadi təfəkkürünü, dünyagörüşünün formalaşmasında mühüm rol oynayırlar. Müasir cəmiyyətin inkişafının obyektiv tələbi kimi alimlərin sayı və elmə çəkilən xərclər yaxın gələcəkdə də artacaq. Bu və ya digər səbəblər ölkəmizdə iqtisadiyyat sahəsində elmi dərəcəsi olan kadrların cəmiyyətin tələbatına uyğun hazırlanmasını və mövcud elmi potensialdan səmərəli istifadə olunmasını obyektiv zərurətə çevirir.

Azərbaycan dövlətinə, ölkə Prezidentinə tabe olan elm və təhsil müəssisələrində, AMEA institutlarında, elm mərkəzlərində işləyənlərin qarşısına qoyulan vəzifə və məqsədlər özəl sektorun, orada çalışanların qarşısına qoyulan məqsəd və vəzifələrə nisbətən fərqli xüsusiyyətlərə malikdir. Belə ki, alimlərimizin bir hissəsi özəl müəssisə və təşkilatlarda işləyir, onların mənafeyinə uyğun fəaliyyət göstərərək ölkəmizin inkişafına öz töhfələrini verirlər.

Dövlət, hökumət tabeliyində olan elm və təhsil müəssisələri, orada çalışan alimlər öz fəaliyyətində ümumdövlət siyasətini, ümumxalq mənafeyini rəhbər tuturlar. Bu baxımdan, Azərbaycan dövlətinə və hökumətinə tabe olan elm və təhsil müəssisələri alimlərinin fəaliyyətinin ümumxalq, ümumdövlət mənafeyi ilə daha sıx əlaqələndirilməsi vacibdir. Lakin hazırda dövlət və hökumətin tabeliyində olan elm ocaqlarında işləyən alimlərin fəaliyyəti dövlətin, hökumətin iqtisadiyyatın inkişafı sahəsində fəaliyyəti ilə kifayət qədər məqsədyönlü formada əlaqələndirilmir. Əlbəttə, alimlərimizin tədqiqat obyekti kimi seçib araşdırdıqları mövzular aktual olur. Lakin əksər vaxt bu mövzular hakimiyyət strukturunda cari ildə, yaxud yaxın bir neçə ildə həll ediləcək məsələlərə, inkişafı nəzərdə tutulan iqtisadiyyat sahələrinə uyğun gəlmədiyinə görə orada verilən təkliflər, irəli sürülən ideyalar da kifayət qədər cəlbedici olmur, istifadəsiz qalır.

Düşünürəm ki, ölkəmizdə iqtisadiyyatın daha sürətlə və səmərəli inkişafı üçün tədqiqatçı-alimlərin səylərini dövlət və hökumət strukturlarının səyləri ilə daha sıx və məqsədyönlü birləşdirilməsi daha faydalı olar. Bunun üçün elm mərkəzləri və iqtisadiyyat institutları öz elmi-tədqiqat mövzularını müstəqil müəyyən edirlər. Eyni zamanda, onların rəhbər işçiləri (direktor, müavin, yaxud da şöbə müdirləri) dövlət və hökumət strukturlarının müvafiq rəhbər işçiləri ilə əlaqə saxlayır və onların cari ildə, yaxud yaxın bir neçə ildə hansı məsələlərin həllini, iqtisadiyyatın hansı sahəsinin inkişafını nəzərdə tutduqlarını öyrənirlər.

Həmin məsələlərdən, inkişafı nəzərdə tutulan sahələrdən öz mövzularına aid olanı, ilk növbədə, araşdırır və vaxtında həmin məsələlərin həllinə, iqtisadiyyat sahələrinin inkişafına aid öz təkliflərini müvafiq dövlət və hökumət orqanlarına təqdim edirlər. Bu halda müvafiq iqtisadi, sosial məsələlərin həllində və bütövlükdə, iqtisadiyyatın inkişafında dövlətin, hökumətin səyləri ilə tədqiqatçı-alimlərin səyləri daha məqsədyönlü formada birləşəcək, aparılan tədqiqatlar da faydalı olacaq.

Əli NURİYEV,
AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru,
Əməkdar elm xadimi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri