Icma.az
close
up
RU
Milli tərəqqiyə hədəflənmiş gənclər siyasəti

Milli tərəqqiyə hədəflənmiş gənclər siyasəti

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Bu gün yüksək beynəlxalq nüfuza malik olan, regionun lider dövləti, Suveren Azərbaycan Respublikası özünün layiqli inkişaf dövrünü yaşayır və xalqımızın firavan həyatı daim təmin olunur.  Həyatın bütün sahələrinin inkişafı ilə bərabər ölkəmizdə milli tərəqqiyə hədəflənmiş Dövlət Gənclər Siyasəti uğurla həyata keçirilir.

Xalqımızın və dövlətimizin bu günə gəlib çatmasının əsasında məhz Heydər Əliyev şəxsiyyəti dayanır. “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz tövhələr verib.

Hələ 1969-cu ildə ilk dəfə ölkə rəhbərliyinə gələn Ulu Öndər gənclərin inkişafına xüsusi önəm vermiş, hərtərəfli kadrların hazırlanmasını əsas vəzifələrdən hesab etmiş, yüzlərlə gəncin yüksək təhsil almaları üçün xaricə və digər İttifaq ölkələrinə göndərilməsini təmin etmişdir. Həmin vaxtdan əsası qoyulan gənclər siyasəti uğurla davam etmiş, gənclərin inkişafı və təşkilatlanması üçün bir çox təsisatlar yaradılmış, gəncləri birləşdirən digər ictimai birlik və təşkilatların yaradılması müasir gəncliyin yetişməsinə stimul vermişdir. Ümummilli liderimiz Heydər Əliyev hər zaman gəncləri Azərbaycanın gələcəyi adlandıraraq müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayaraq bu işləri daim diqqət mərkəzində saxlayıb. Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-ci il fevralın 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Qısa müddət ərzində “Dövlət Gənclər siyasəti haqqında” Qanun və gənclərin təhsili, hərtərəfli inkişafı ilə bağlı çox saylı Fərman və Sərəncamlar, Dövlət Proqramları imzalandı.

Möhkəm sütunlar üzərində qurulan gənclər siyasəti bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il “Gənclər İli” elan edilib, Respublikanın şəhər və rayonlarında Gənclər evləri yaradılıb. Prezident İlham Əliyev tərəfindən 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalanıb.  Bir sözlə gənclər dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə edilib. Artıq Azərbaycan gəncliyi hər il özünün ən xöşbəxt və qürurlu Gənclər Gününü qeyd edir. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi olaraq Azərbaycan gənclərinin, mərd oğullarının qəhrəmanlığını qeyd etmişdir. Məhz, Möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun, xüsusilə də vətənpərvər gənclərimizin göstərdiyi şücayət, canları-qanları bahasına torpaqlarımızı işğaldan azad etmələri bir qəhrəmanlıq dastanıdır. Şuşanı ağlasığmaz əməliyyatla azad edən ordumuzun əsgər və zabitlərinin mütləq əksəriyyəti gənclər oldu.

Bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən Dövlət Gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində müasir, vətənpərvər gənc nəsil yetişib. Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad, sabitlik olan və özünə güvənən ölkədə yaşayır. Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncinin səsi dünyanın ən yüksək kürsülərindən gəlir, yüksək səviyyəli idmançılarımız öz möhtəşəm qələbələri ilə Azərbaycan bayrağını dünyanın hər yerində dalğalandırır.

Dövlət Gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərin üzə çıxarılmasıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsindən ibarətdir. Bu istiqamət üzrə də işlər yüksək səviyyədə həyata keçirilir və  Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın misilsiz əməyi hesabına gənc istedadlar üzə çıxarılır və milli mənəvi dəyərlərə sadiq, yüksək potensiallı gənc nəsil yetişir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi Milli tərəqqiyə hədəflənmiş Gənclər siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını təmin edir.

Bununla yanaşı daim yeniləşən dünyada yeni tələbat yarandığı üçün hər bir gənc yaradılmış münbit şəraitdən maksimum yararlanmalı və öz üzərində işləyərək milli mənəvi dəyərlərə bağlılığını daha da gücləndirməli, ictimai və yaradıcı fəallığını artırmalı, potensialını milli prioritetlərə yönəltməli və cəmiyyətin inkişafında daha fəal iştirakını təmin etməldir.  Bu gün əsas hədəflərdən biri gənclərin innovasiya yönümlü potensialının aşkarlanması, yaradıcılıq bacarığının təkmilləşdirilməsidir və öz potensialları ilə fərqlənən gənclərin daim irəli çəkilməsi prioritet təşkil edir. Gələcəyin çağırışlarına öz töhfələrini vermələri üçün gənclər daha da aktiv olmalı, təşəbbüskarlıq, ictimai fəallıq və sosial məsuliyyət, yaradıcılıq və innovasiya, komanda ruhu və özünüinkişaf vərdişlərinin aşılanması, balanslı həyat və ünsiyyət qurmaq bacarıqlarının artırılması əsas vəzifələrdəndir.

Əminəm ki, qədirbilən xalqımız  bu gün dünyaya günəş kimi doğan  Müasir Müstəqil Suveren Azərbaycanı bizlərə bəxş etdiklərinə, xüsusilə də gələcəyimizin təminatçısı olan müasir gənclərə göstərilən yüksək  dövlət qayğısına görə  əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyevi daim hörmət və ehtiramla anacaq, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə və Birinci Vitse Prezident, YAP sədrinin birinci müavini  Mehriban xanım Əliyevaya daim  minnətdar olacaqdır. 

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see285

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see279

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see224

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see214

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see210

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see209

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see206

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see205

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see201

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see195

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see187

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see183

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see182

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see180

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see173

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see170

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see167

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see165

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri