Icma.az
close
up
RU
Milli həmrəyliyin əvəzsiz rolu ŞƏRH

Milli həmrəyliyin əvəzsiz rolu ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu dünyada bəzi günlər var ki, sadəcə təqvimdə yer tutmur — millətin yaddaşına, ruhuna, taleyinə hopur. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz belə günlərdəndir. Hər il dekabrın sonuncu günü nəinki Yeni ilin nəfəsi, həm də dünyanın dörd bir yanına səpələnmiş milyonlarla soydaşımızın bir ürək kimi döyünməsi deməkdir. Bu gün bizi bir-birimizə bağlayan görünməz, lakin sarsılmaz tellərin möhkəmləndiyi gündür.

Bu ideyanın memarı Ulu Öndər Heydər Əliyevdir. O, sovet siyasi sisteminin sərt çərçivələri içində belə xalqına qolaçan düşüncələr bəxş etməyi bacarmış nadir liderlərdəndir. Hələ o illərdə azərbaycanlıların dünyada birliyini, mənəvi həmrəyliyini formalaşdırmaq kimi böyük bir ideya ortaya qoymaq sıradan məsələ deyildi. Ulu Öndər deyirdi: “Azərbaycanlıları birləşdirən ən böyük güc onların milli kimliyidir. Bu kimlik bizi dünyanın istənilən guşəsində bir ailə kimi saxlayır.” Bu sözlər sadəcə çağırış deyildi — tarixə çevriləcək bir yol xəritəsi idi. 1997-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı ilə bu yolun ilk böyük addımı atıldı. Azərbaycan ilk dəfə öz diasporunun potensialını bir məclisdə görməyi bacardı, dünyaya göstərdi ki, bu xalqın gücü coğrafiya ilə ölçülmür. Bu gün isə həmrəylik anlayışı təkcə sentimental bir duyğu deyil. Cənab Prezident İlham Əliyevin siyasətində bu dəyər milli gücün strateji komponentinə çevrilib. Bütöv Azərbaycanın ideyası, Vətən müharibəsində qazanılan tarixi Zəfər, Qarabağın dirçəlişi, Azərbaycanın beynəlxalq nüfuzunun artması — bütün bunların arxasında həmrəylik düşüncəsinin çağdaş forması dayanır. Cənab Prezident İlham Əliyev bu missiyanı belə ifadə etmişdir: “Birliyimiz gücümüzdür, gücümüz isə həm milli ideyadan, həm dövlətimizə bağlılıqdan gəlir.” Vətən müharibəsi zamanı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın göstərdiyi həmrəylik, informasiya cəbhəsində sərgilədiyi qətiyyət, Azərbaycan ordusuna və dövlətinə verdiyi dəstək artıq tarixə yazılıb. Bu gün həmin birlik təkcə emosional bağlılıq yox, Azərbaycan diplomatiyasının, diaspor siyasətinin əsas dayağıdır. Diaspor Komitəsinin fəaliyyəti, yeni Azərbaycan evlərinin dünyanın müxtəlif şəhərlərində açılması, gənclərin diaspor hərəkatına qoşulması — bütün bunlar həmrəyliyin artıq dövlət səviyyəsində idarə olunan bir sistem olduğunu göstərir. Bu günün ən böyük mənası ondadır ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Vətənə bağlılığını yenidən təsdiq edir. Parisdə, Berlində, Vaşinqtonda, Moskvada, İstanbulda — hər yerdə eyni bayraq, eyni dil, eyni yaddaş, eyni taleyə bağlılıq var. Azərbaycan bugün dünyanın ən geniş yayılmış diasporlarından birinə malikdir və bu geniş üfüqlü mənəvi xəritə bizi digər millətlərdən fərqləndirən üstünlüklərdən biridir. Bizi bu birliyə gətirən səbəblər çoxdur. Tarixi köklərimiz, dilimiz, torpağa olan sevgimiz, ən əsası Azərbaycan adıdır. Məhz buna görə Ulu Öndər Heydər Əliyevin dediyi sözlər bu gün də canlıdır: “Azərbaycançılıq ideyası bütün azərbaycanlıları birləşdirən mənəvi gücdür.” Bu gün o güc cənab Prezident İlham Əliyevin siyasi liderliyində daha da möhkəmlənərək yeni mənalar qazanıb. Artıq Azərbaycan brendi beynəlxalq aləmdə özünü doğruldan, dünya siyasətində çəkisi olan bir dəyərə çevrilib. Həmrəylik anlayışı isə bu brendin ideoloji təməllərindən biridir. Vətən müharibəsində qazanılan tarixi Qələbə həmrəylik anlayışını daha da qüvvətləndirən milli psixoloji yüksəliş yaratdı. Bu gün Azərbaycan yalnız bir dövlət kimi deyil, həm də bir ideya kimi güclüdür. Bu ideya — torpağın azadlığı, milli birliyin möhkəmlənməsi, vətən sevgisinin ali dəyər kimi yaşadılmasıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı bir yumruq kimi birləşəndə heç bir qüvvə bizim qarşımızda dura bilməz.” Bu yumruq birləşmənin, həmrəyliyin, milli iradənin simvoludur. 31 Dekabr isə həmin yumruğun sönməz işığının bayramıdır.

Bu bayram bizi yalnız keçmişimizlə yox, həm də gələcəyimizlə bağlayır. XXI əsrdə milli həmrəylik dövlətimizin gücünün təməlidir, milli ideologiyanın daşıyıcısıdır, gələcək nəsillərə çatdırılması vacib olan mənəvi irsdir, Azərbaycanın dünya arenasında mövqeyini möhkəmləndirən strateji dəyərdir. 31 Dekabr bu mənada sadəcə bayram günü deyil — Azərbaycanın böyük mənəvi xəritəsinin ən parlaq nöqtəsidir. Bir milləti dünyanın hər yerində eyni ideyaya bağlayan bayramdır.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri