Icma.az
close
up
RU
Milli Hərəkatda fikir ayrılığı: Təbrizi hədəfə çıxaran kimlərdir?

Milli Hərəkatda fikir ayrılığı: Təbrizi hədəfə çıxaran kimlərdir?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bəzən Güney Azərbaycan Milli Hərəkatı barədə bədbin fikirlər səsləndirirlər".

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib.

O bildirib ki, pessimist fikirlər əsassızdır:

"Reallıq budur ki, ötən əsrin 90-cı illərinin ortalarından başlanmış Güney Azərbaycan Milli Hərəkatı xeyli məsafə qət edib və bir sıra hədəflərinə də çatıb. Bu gün İranda Azərbaycan dilində məktəblər olmasa da, bədbinliyə əsas yoxdur. İranda etnik azlıqlardan yalnız ermənilərin ana dilində məktəbləri və qəzet-jurnalı var.

İranın azərbaycanlı Prezidenti Məsud Pezeşkian vəd versə də, türk dilində mətkəblər açılmadı. Amma bu o demək deyil ki, İranda türk dili ölməkdə olan dildir. Mən belə düşünmürəm".

Onun sözlərinə görə, indi hansısa dildə klassik formatda işləyən televizyaya, qəzet və jurnala ehtiyac yoxdur:

"İndi sosial şəbəkələr dövrüdür. Müşahidələr göstərir ki, İran türkləri "Instagram", "Telegram", "TikTok" kimi sosial şəbəkələrdə çox fəaldırlar. Azərbaycan dilində yumoristik vaynlar çəkib, paylaşırlar. Çoxunun fon musiqisi ya türk, ya da Azərbaycan musiqiləri olur. Onlar latın qrafikalı əlifbalı ilə yazıb-oxuya bilirlər. 

Güney Azərbaycanda işlənən türkcə Türkiyə türkcəsi və Azərbaycan türkcəsinin təsiri ilə xeyli sadələşib, fars kəlmələrindən arınıb. İndi soydaşlarımız daha anlaşıqlı türkcədə danışır. Güney Azərbaycanda aşıqlar, xanəndələr var ki, el-el, oba-oba gəzib türk dilində mahnılar oxuyurlar. Onlar dilimizin könüllü təbliğatçılarıdır. Onların sayı minlərlədir".

Elman Cəfərli qeyd edib ki, bu gün Güney Azərbaycan mərkəzi Təbrizdə insanlar ana dilində danışırlar:

"Küçədə, bazarda kimsə cürət edib fars dilində danışa bilmir. Hesab edirəm ki, bu, bizim uğurumuzdur. İran son 30 ildə xomeyniçiliyin Azərbaycan Respublikasında yayılmasına milyonlar xərclədi, gücü 2-3 meyxanaçı, rövzəxan yetişdirməyə çatdı. Biz isə 1 manat xərcləmədən ana dili könüllülərindən ibarət böyük bir ordu yaratdıq".

O vurğulayıb ki, son illər ana dilində mükəmməl danışan, amma mahiyyətcə fars şovinizminin saqqızını çeynəyən adamların ortaya çıxıb:

"Onlardan biri Mənuçöhr Cavanşirdir. Quzeydə onu "Güntay" kimi tanıyırlar. Təəssüf edirəm ki, bu qədər istedadlı, intellektual biri olan "Güntay"ın zərrə qədər milli hissi yoxdur. O, az qala İranda türk dilinin qadağan edilməsinə görə Azərbaycan Respublikasını günahlandıra. Diqqət etmişəm əsas hədəfi Təbriz və türk tarixidir.

Onun danışdıqlarından belə çıxır ki, fars dili və mədəniyyəti olmasaydı türklər “əriyib” yox olacaqdı. Guya bizi ərəb asimilyasiyasından fars qələmi, şüubiyyə hərəkatı xilas edib. O, Təbrizi fars şovinizminin qalası hesab edir. Guya fars şovinizminin təbliğ edənlərin hamısı Təbrizdən çıxıbmış".

E.Cəfərli düşünür ki, bütün bunlar bilərəkdən danışılan sözlərdir:

"O, Milli Hərəkata nifaq toxumu səpmək, ruh düşkünlüyü yaratmaq istəyir. Təbrizi bilərəkdən hədəfə alır. Bir-iki satqın, manqurt ziyalıya görə milli ruhumuzun paytaxtını hədəf almaq doğru deyil. Onun kimilərinin məqsədi irançılığa xidmətdir. Biz heç bir dövlətin daxilini işlərinə qarışmırıq. 

Lakin bir ölkədə sayı 40 milyona çatan bir etnosun ana dili qadağan olunubsa, o problem artıq daxili iş deyil. Biz bu bəşəri cinayətə mane olacağıq. Güney Azərbaycan türklərinin asimilyasiya siyasətini durdurmuşuq, ana dilinə azadlıq da qazanacağıq".

Elmir Mustafa
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri