Icma.az
close
up
RU
Milli ideologiya mövzusunda ictimai müzakirə keçirildi FOTOLAR

Milli ideologiya mövzusunda ictimai müzakirə keçirildi FOTOLAR

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində ictimai müzakirə təşkil edib.
Demokrat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Ruslan Xəlilov öncə layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verdi. Bildirdi ki, iki ay davam edən layihədə nəzərdə tutulan bütün tədbirlər icra olunub başa çatmaq üzrədir: “Layihə çərçivəsində milli ideologiyanın ayrı-ayrı istiqamətləri üzrə 15 yazı, 5 internet televiziya verilişi hazırlanıb. Verilişlərin hər birində Milli Məclisin deputatları, ölkənin tanınmış ekspertləri iştirak ediblər. Həm yazılar, həm də verilişlər ölkənin aparıcı informasiya saytlarında yaylmlanıb”.
Ruslan Xəlilov daha sonra milli ideologiyanın dövlət və cəmiyyətin formalaşmasındakı rolu, ölkəmizə qarşı ideoloji təhdidlər, informasiya savaşı, milli hədəflər barədə ətraflı çıxış edib.
Tanınmış jurnalist, yazıçı Qurban Yaquboğlu Azərbaycanın milli ideologiyasına yönəlik təxribatlardan danışaraq bildirib ki, bu təhdidlər bir neçə istiqamətdə həyata keçirilir: “Azərbaycan cəmiyyətinin bütövlüyünü, monolitliyini sarsıtmaq üçün din faktorundan daim istifadə olunub. Ölkəmizdə baş verən hər hansı hadisə ətrafında manipulyasiya edən qüvvələr ictimai fikri yönləndirməyə çalışırlar. Onlar daha çox sosial şəbəkələrin, medianın imkanlarından istifadə edərək öz zərərli yanaşmalarını ortaya qoymaqla çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Ölkə ziyalıları, yazıçılar, jurnalistlər bu cür təxribatların baş tutmaması üçün maarifçilik fəaliyyətlərini gücləndirməlidirlər”.
Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin müəllimi Nərgiz Cavadzadə milli ideologiyanın qorunmasında, həyata keçirilmsində və təbliğində medianın rolundan danışıb. O, informasiya savaşında ön cəbhədə olan mətbuatın təxribatlara, təhdidlərə qarşı ictimai sayıqlılığın artırılmasındakı rolunu yüksək qiymətləndirib. “Hər bir jurnalist Azərbaycan dövlətinin, cəmiyyətin milli hədəflərini, milli maraqlarını və hədəflərini bilməli, kənar təxribatların, yalan informasiyaların təsiri altına düşməməli, təhdidlərin ifşasında fəallıq göstərməlidir”.
Araşdırmaçı jurnalist Tapdıq Qurbanlı azərbaycançılıq ideologiyasının dövlətçilimizin güclənməsi və cəmiyyətin formalaşmasındakı rolundan danışdı: “Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan azərbaycançılıq milli ideologiyamızın əsasını təşkil edir: “Azərbaycan dövləti milli ideologiyamız üzərində qurulub. Milli ideologiyamızın bir neçə əsas istiqaməti var. Onlardan biri də suverenliyimizin qorunmasıdır. Bu mənada cənab Prezident İlham Əliyev suverenliyimizi təmin edərək milli ideologiyamıza qarşı əsas təhdidi aradan qaldırmış oldu. Bu gün Azərbaycan liderinin müəllifi olduğu sülh təşəbbüsü də milli ideologiyamızda mühüm yer tutur. Dövlətimizin hədəfləri çox aydındır və milli maraqlara, beynəlxalq hüquqa əsaslanır”.




Tədbir müzakirələrlə davam etdirilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Avqust 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see260

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see243

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see206

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see202

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see197

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see148

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see145

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see142

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see141

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see140

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see139

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see138

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see137

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see135

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see132

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see129

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see128

98 yaşlı Ömər Eldarovun Dilarə Kazımova ilə rəqsi diqqət çəkdi VİDEO

01 Yanvar 2026 18:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri