Icma.az
close
up
RU
Gənclərin milli hədəflərə baxışı mövzusunda görüş keçirildi FOTOLAR

Gənclərin milli hədəflərə baxışı mövzusunda görüş keçirildi FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında gənclərlə silsilə görüşlər davam edir. Gənclərlə növbəti görüş “Gənclərin milli hədəflərə baxışı” mövzusunda YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə ilə olub.

"Unikal" xəbər verir ki, əvvəlcə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan Respublikasında gənclərə verilən yüksək dəyər dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, onun müdrik rəhbərliyi ilə gənclərin inkişafı və vətənpərvər ruhda tərbiyəsi dövlətin əsas məqsədlərindən biri kimi müəyyən edilmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1996-cı ildə Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Bu mühüm tədbir ölkəmizdə gənclər siyasətinin əsas prioritetlərinin müəyyənləşdirilməsində həlledici rol oynadı. Onun irəli sürdüyü ideyalar nəticəsində gənclərin təhsil alması, işlə təmin olunması və beynəlxalq arenada öz sözlərini deməsi üçün geniş imkanlar yaradıldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da inkişaf etdirilərək müasir tələblərə uyğunlaşdırılmışdır. Gənclərin bütün sahələrdə fəal iştirakı üçün hüquqi və iqtisadi əsaslar gücləndirilmiş, bir sıra qurumlar təsis olunmuşdur. Bu qurumlar vasitəsilə minlərlə gənc öz ideyalarını reallaşdırmaq, təhsil və karyera imkanlarından faydalanmaq şansı qazanır. Prezident İlham Əliyevin dəstəyi ilə gənclərin inkişafına yönəlmiş genişmiqyaslı layihələr həyata keçirilir. Gənclərin ali təhsil almaq imkanları genişləndirilib, xaricdə təhsil proqramları maliyyələşdirilir. Azərbaycanın gənc idmançıları beynəlxalq arenalarda uğurla çıxış edir. İdman infrastrukturları genişləndirilib, sağlam həyat tərzi təşviq olunur. Gənclər milli-mənəvi dəyərlərə uyğun tərbiyə olunur, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi üçün tədbirlər keçirilir. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına zəmin yaratdı. Bu, gənclərin işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmində özünü göstərdi. Onların hər biri əldə olunan Zəfərlərdə öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı. Ölkəmizdə gənclərin inkişafına yönəlmiş bir sıra ictimai-siyasi və iqtisadi addımlar atılır, gənclərin iştirakı ilə xüsusi layihələr həyata keçirilir. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu isə əvəzolunmazdır. Sonda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirdiyi gənclər siyasəti, Azərbaycan gənclərinin milli hədəflərə baxışını və bu hədəflərin həyata keçirilməsində rolunu əhəmiyyətli dərəcədə gücləndirmişdir. Bu siyasət nəticəsində Azərbaycan gəncliyi həm milli, həm də beynəlxalq arenada ölkənin maraqlarını qoruyan, milli kimliyinə sadiq bir qüvvəyə çevrilmişdir.

Çıxış edən YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə qeyd edib ki, Azərbaycan Respublikasında gənclərə verilən yüksək dəyər ölkənin güclənməsinə və milli birliyimizin möhkəmlənməsinə xidmət edir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə təməli qoyulan gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə çatmışdır. Gənclərimizin milli ruhda yetişdirilməsi, onların hərtərəfli inkişafı və cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi ölkəmizin ən böyük uğurlarındandır. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandıraraq, onların milli ideallar əsasında tərbiyə olunmasının vacibliyini vurğulamışdır. Bu strategiyanın nəticəsində gənclərimiz təhsil, mədəniyyət, idman və ictimai fəaliyyət sahələrində böyük nailiyyətlər əldə etmişlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni mərhələyə keçmiş, gənclərin sosial müdafiəsi və özlərini reallaşdırmaları üçün geniş imkanlar yaradılmışdır. Əldə olunan tarixi qələbələrdə Azərbaycan gəncliyinin vətənpərvərliyinin, cəsarətinin və əzmkar ruhunun parlaq təzahürü oldu. Azərbaycan Ordusunda xidmət edən gənc əsgərlərimiz və zabitlərimiz öz şücaətləri ilə tarix yazaraq ölkəmizin ərazi bütövlüyünü tam bərpa etdilər. Gənclər həm döyüş meydanında, həm də arxa cəbhədə böyük fədakarlıq göstərdilər. Əldə olunan Zəfərlərdən sonra azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində də gənclər fəal iştirak edir. Onlar azad olunmuş ərazilərin sürətli inkişafı üçün müxtəlif sahələrdə çalışaraq ölkəmizin gələcəyinə töhfə verir.Gənclərimiz bu gün təkcə qəhrəmanlıq göstərməklə deyil, həm də elmi, mədəni və idman nailiyyətləri ilə ölkəmizi dünyada layiqincə təmsil edir. Gənclərimiz müstəqil Azərbaycanın ən qiymətli sərvətidir və onların gələcəkdəki fəaliyyətləri ölkəmizi yeni zirvələrə aparacaq. Dövlət gənclər siyasətinin həyata keçirilməsində xüsusi rol oynamağa davam edəcək, gənclərimizə dəstək göstərməyə və onların inkişafına yeni imkanlar açmağa davam edəcəkdir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, “Biz gənclərimizə böyük ümidlər bəsləyirik. Azərbaycan gəncləri ölkəmizin gələcəyini təmin edəcək əsas qüvvədir”. Bu siyasət yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da Azərbaycan gənclərinin nüfuzunun artırılmasına xidmət edir. Azərbaycanın gəncləri bu gün yüksək intellekti, kreativliyi və milli dəyərlərə bağlılığı ilə seçilir. Sonda bildirilib ki, Azərbaycan gəncliyinin milli hədəflərə bağlılığı və bu hədəflərin həyata keçirilməsində rolu Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşmış dövlət siyasəti ilə sıx əlaqəlidir. Onların uzaqgörən yanaşmaları gənclərin milli dəyərlərə, vətənpərvərliyə və ölkənin strateji məqsədlərinə bağlılığını artırıb.

Görüşdə gənclərin çoxsaylı sualları cavablandırılıb. YAP Yasamal rayon təşkilatında könüllülük fəaliyyətini uğurla başa vuran gənclərə sertifikatlar təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Noyabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri