Icma.az
close
up
RU
Azərbaycan Milli İncəsənət Muzeyində sərgi açıldı

Azərbaycan Milli İncəsənət Muzeyində sərgi açıldı

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 14-dəAzərbaycan Milli İncəsənət Muzeyində Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisinin açılış mərasimi baş tutub. Sərgi Meksikanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Anauakali Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.Dünyaca məşhur meksikalı rəssam Dieqo Riveraya (1886–1957) həsr olunmuş sərgi Anauakali Muzeyini beynəlxalq miqyasda təqdim etdiyi ilk layihədir. Burada Dieqo Riveranın bədii irsini əhatə edən təxminən 100-ə yaxınfotoqrafikreproduksiya — divar rəsmləri, rəsm və eskizlər, eləcə də arxiv fotoşəkilləri və sənədlər nümayiş etdirilir.

Metbuat.az xəbər verir ki, bu materiallar tamaşaçılara XX əsrin ən böyüksənətkarlarından birinin unikal yaradıcılığı ilə yaxından tanış olmaq imkanı verir.

Sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Meksikanın Azərbaycandakı səfiriViktoriya Romero, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov və Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin direktoru Teresa Moya çıxış edərəksərginin əhəmiyyətindən danışıblar. OnlarDieqo Rivera yaradıcılığının bəşəri dəyərləri əks etdirdiyini və Meksikanın mədəni irsinin ayrılmaz hissəsi olduğunu vurğulayıblar. Çıxışlarda sərginin Azərbaycan və Meksika arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyi bildirilib və təşkilatçılara minnətdarlıq ifadə olunub.

Qeyd edək ki, sərginin ekspozisiyası beş əsas tematik bölmədən ibarətdir.Bubölmələr rəssamın Meksikanın sosial transformasiyasındakı əsas rolunu müəyyən edir. Burada rəssamın incəsənət haqqında düşüncələri, muralist hərəkatındakı mövqeyi, rəssamlıq və memarlığın sintezi və inqilabdan sonrakı Meksikada incəsənətinin ictimai rolu izlənilir, Riveranın Meksika inqilabına, ictimai təhsilə və incəsənətin vətəndaş cəmiyyəti üçün vasitə kimi roluna dair dərin marağını əks etdirir. Ziyarətçilər Riveranın Meksika divar sənətinin aparıcı fiquru kimi necə formalaşdığını, incəsənəti təkcə estetik deyil, həm də təhsil və ictimai şüurun formalaşdırılması vasitəsi kimi dəyərləndirdiyini əyani şəkildə müşahidə edə biləcəklər.

Riveranın Meksika Milli Hazırlıq Məktəbində işlədiyi"Yaradılış" (1922) adlı divar rəsminə dair fotoqrafik reproduksiyalar sərgidə xüsusi yer tutur. Bu monumental əsər Meksika muralizminin başlanğıcı hesab olunur və Renessans üslubunun yerli motivlərlə sintezini nümayiş etdirir. Riveranın daha sonrakı monumental layihələri arasında Çapingo və Meksika İctimai Təhsil Nazirliyi binalarındakı divar rəsmləri də yer alır.

Bundan əlavə, Meksika şəhərindəki Milli Saray və Kuernavakadakı Kortes sarayında çəkilmiş divar rəsmlərinin reproduksiyaları Riveranın tarixi sosial mübarizə kimi təqdim etmə bacarığını və bu əsərlərdə yerli mədəniyyətə verdiyi önəmi əks etdirir.

Riveranın beynəlxalq fəaliyyəti də sərgidə əhatəli şəkildə təqdim olunur. 1933-cü ildə Nyu-Yorkdakı Rokfeller Mərkəzində çəkdiyi “İki yolayrıcında qalan insan” adlı divar rəsmi böyük mübahisələrə səbəb olmuş və əsər məhv edilmişdir. Lakin sənətkar bu rəsmi yenidən Meksikada İncəsənət Sarayında "İnsan, kainatın idarəçisi" adı ilə yenidən yaratmışdır. Bu əsərin sənədli görüntüləri də sərginin xüsusi diqqəti cəlb edən hissələrindən birini təşkil edir.

Sərginin mərkəzi bölməsi Riveranın şəxsi təşəbbüsü ilə yaradılmış Anauakali Muzeyinə həsr olunub. Mexiko şəhərində yerləşən bu unikal məkan Rivera tərəfindən layihələndirilmişdir. Vulkanik daşlardan inşa edilmiş muzey qədim yerli irs, müasirlik və gələcək arasında körpü yaratmaq məqsədi daşıyırdı. Sərgidə təqdim olunan memarlıq planları, eskizlər və fotoşəkillər Riveranın mədəni kökləri qoruyaraq gələcək nəsillərə ilham vermək ideyasını dolğun şəkildə göstərir.

Qeyd edək ki, sərgi layihəsinin həyata keçirilməsi səfir Viktoriya Romeronun təşəbbüsü ilə Meksikanın Azərbaycandakı Səfirliyi, Meksika Xarici İşlər Nazirliyi, Mədəni Diplomatiya Baş İdarəsi və Anauakali Muzeyininbirgə səyləri sayəsində reallaşmışdır. Bu təşəbbüs sənətin mədəni diplomatiya vasitəsi kimi rolunu nümayiş etdirərəkRiveranın Meksika xalqının sosial mübarizələrinə əsaslanan sənət dünyasını beynəlxalq ictimaiyyətlə çatdırır.

Sərgi 30 dekabr 2025-ci ilədək ziyarətçilər üçün açıq olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see257

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see245

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see241

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see241

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see239

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see237

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see237

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see236

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see216

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see216

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see216

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see214

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see210

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see210

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see205

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see202

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see196

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see189

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see188

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri