Icma.az
close
up
RU
Rupert Fezerstoun Azərbaycan Milli İncəsənət Muzeyində

Rupert Fezerstoun Azərbaycan Milli İncəsənət Muzeyində

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya incəsənətinə aid əsərlərin elmi tədqiqi və konservasiyası üzrə layihə həyata keçirilir. SİA xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyi ilə Britaniya Şurasının (British Council) birgə layihəsi çərçivəsində 3-7 fevral tarixlərində gerçəkləşən təlim Britaniyadan dəvət olunmuş rəngkarlıq əsərlərinin konservasiyası üzrə tanınmış ekspert Rupert Fezerstoun tərəfindən aparılır.Rəngkarlıq üzrə müstəqil bərpaçı və məsləhətçi kimi fəaliyyət göstərən R.Fezerstoun 2001–2008-ci illərdə Vindzor Sarayında Britaniya Kral Kolleksiyası üzrə rəngkarlıq əsərlərinin konservasiyasına rəhbərlik edib. 2008–2021-ci illərdə Kembric Universitetinin nəzdindəki Fitzvilyam Muzeyində konservasiya işləri üzrə rəhbər olub, həmçinin Hamilton Kerr İnstitutunun direktoru vəzifəsində çalışıb.Fevralın 3-də Rupert Fezerstoun Azərbaycan Milli İncəsənət Muzeyində sənət əsərlərinin konservasiyası sahəsində öz fəaliyyətinin əks olunduğu təqdimatla çıxış edib. O, həmçinin layihənin əsas məqsədi haqqında iştirakçılara məlumat verib. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Britaniya Şurasının Azərbaycan üzrə nümayəndəliyinin direktoru Nərgiz Hacıyeva tədbirdə çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.Daha sonra, layihənin proqramına uyğun olaraq 3-4 fevral tarixlərində Britaniya kolleksiyasının elmi tədqiqatı, qorunub saxlanılması və mövcud vəziyyətinin müəyyənləşdirilməsi üzrə araşdırma aparılıb.Layihə çərçivəsində 5-6 fevral tarixlərində Milli İncəsənət Muzeyinin Elmi-bərpa, Elmi-tədqiqat və Fond şöbələrinin əməkdaşları üçün qabaqcıl konservasiya üsulları, uzunmüddətli qorunma və davamlılığın təmin olunmasına həsr edilən təlim sessiyası keçiriləcək.Layihənin sonuncu günündə – fevralın 7-də isə Britaniya kolleksiyasının sərgiyə hazırlanması üçün planın işlənib hazırlanması üzrə təklif və tövsiyələr veriləcək, eləcə də layihənin yekun nəticələri müzakirə olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri