Icma.az
close
up
RU
Milli kimlik uğrunda qlobal mübarizə: Azərbaycan diasporunun strateji rolu

Milli kimlik uğrunda qlobal mübarizə: Azərbaycan diasporunun strateji rolu

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qloballaşma dövründə informasiya sərhədləri böyük ölçüdə aradan qalxsa da, milli kimliklərin qorunması və onların beynəlxalq müstəvidə düzgün təqdim olunması daha mürəkkəb və strateji xarakter alıb. Müasir beynəlxalq münasibətlər sistemində diaspor artıq yalnız mədəni və mənəvi bağların qoruyucusu kimi çıxış etmir, eyni zamanda ictimai diplomatiyanın, informasiya siyasətinin və milli maraqların müdafiəsində əsas subyektlərdən birinə çevrilib. Moderator.az mövzunun siyasi və strateji aspektlərini daha geniş dəyərləndirmək məqsədilə Millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadənin fikirlərini öyrənib.

Deputat qeyd edib ki, dünya azərbaycanlılarının koordinasiyalı və məqsədyönlü fəaliyyəti həm milli kimliyin qorunması, həm də beynəlxalq informasiya mühitində obyektiv mövqenin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır:

 "Azərbaycandan kənarda çox sayda həmvətənlərimiz yaşayır və onların yaşadıqları ölkələrdə cəmiyyətə uğurla inteqrasiya olunması, öz layiqli mövqelərini tutması ilə bağlı xəbərlər hər zaman sevindiricidir. Arzumuz həmin şəxslərin yaşadıqları ölkələrin layiqli vətəndaşları olmaları, qanunlara hörmətlə yanaşmaları, yerli xalqların adət-ənənələrini öyrənərək onlara ehtiram göstərmələridir. Görünən odur ki, bu istəklərlə mövcud reallıq böyük ölçüdə üst-üstə düşür".

Millət vəkili dünya azərbaycanlılarının Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində daha fəal olmalarının vacibliyini vurğulayıb:

"Bu fəaliyyət hər bir diaspor üzvünün şəxsi mövqeyindən və yaşadığı ölkənin yerli şəraitindən asılıdır. Vaxtaşırı müxtəlif ölkələrdə azərbaycanlıların mədəniyyətimizi və tariximizi təbliğ edən tədbirlər keçirməsi, xalqımızın milli xüsusiyyətlərini tanıtması müsbət nümunədir. Xüsusilə Azərbaycanın tarixi hadisələri, o cümlədən keçmiş Qarabağ problemi barədə yaşadıqları ölkələrin ictimaiyyətinin məlumatlandırılması diaspor fəaliyyətinin vacib istiqamətlərindən biridir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə diasporla əlaqələr üçün xüsusi dövlət qurumunun yaradılması bu sahəyə sistemli yanaşmanın əsasını qoyub və həmin qurumun fəaliyyəti daim dövlətin diqqət mərkəzində saxlanılır. Diaspor təşkilatları ilə aidiyyəti dövlət qurumları arasında sıx və davamlı əlaqələrin mövcudluğu diaspor fəaliyyətinin effektivliyini artıran əsas amillərdəndir".

Deputat vurğulayıb ki, Diasporla İş üzrə Dövlət Komitəsi həmvətənlərimizin yaşadıqları ölkələrin daxili işlərinə qarışmadan onlara Azərbaycan mədəniyyəti, tarixi və ölkədə gedən proseslər barədə mütəmadi və açıq məlumatlar təqdim edir:

 "Bu fəaliyyət həm Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə, həm də xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin nümunəvi vətəndaşları olmaqla yanaşı, Vətənimizi layiqincə təmsil etmələrinə şərait yaradır.

Diaspor fəaliyyəti çoxşaxəli və mürəkkəb prosesdir və onun effektivliyi bir sıra amillərdən asılıdır.

 Bu sahədə yalnız azərbaycanlılar deyil, digər milli toplumlar da fəal iştirak edirlər. Onların təcrübəsindən yararlanmaq, qarşılıqlı əməkdaşlıq qurmaq müasir dövrün reallıqları sırasında yer alır.

Beləliklə, diaspor quruculuğu bu gün təkcə tarixi irsin qorunması deyil, eyni zamanda gələcəyin informasiya və kimlik mübarizəsində güclü mövqenin təmin edilməsi deməkdir. Birgə və əlaqəli fəaliyyət, möhkəm təşkilati struktur və müasir kommunikasiya vasitələrindən səmərəli istifadə dünya azərbaycanlılarının beynəlxalq arenada daha təsirli və davamlı şəkildə təmsil olunmasına geniş imkanlar yaradır.

Sonda isə, fürsətdən istifadə edib, xaricdə yaşayan bütün həmvətənlərimizə uğurlar arzulayır və qarşıdan gələn Novruz bayramlarını təbrik edirəm".


Pərvin Şakirqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Mart 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri