Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Qlobal Azərbaycan: Həmrəylik, Dövlətçilik və Milli Kimlik

Qlobal Azərbaycan: Həmrəylik, Dövlətçilik və Milli Kimlik

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını, milli birliyi və qlobal miqyasda azərbaycançılıq məfkurəsinin gücünü ifadə edən mühüm ictimai-siyasi hadisədir.

Bu günün dövlət bayramı kimi təsis edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, Azərbaycan xalqının tarixi yaddaşını, milli kimliyini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən əlamətdar bir ənənəyə çevrilmişdir.

Qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid mənbəyi kimi xüsusi məna daşıyır. Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini və həmrəyliyini milli dövlətçiliyin əsas dayaqlarından biri kimi qiymətləndirərək vurğulayırdı ki, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən başlıca amil müstəqil, suveren Azərbaycan dövlətidir.

Onun fikrincə, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan dövlətçiliyinə, ana dilinə, dininə, milli-mənəvi dəyərlərinə və ümumbəşəri prinsiplərə hörmət üzərində qurulmalı və daim qorunmalıdır. Bu yanaşma azərbaycançılıq məfkurəsinin ideoloji əsasını təşkil edərək diasporun milli varlığının yaşadılmasında mühüm rol oynamışdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi kökləri 1991-ci ilin dekabrına gedib çıxır. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilmiş, bu təşəbbüs qısa müddət sonra Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qanuniləşdirilmişdir. Beləliklə, 31 dekabr bütün dünya azərbaycanlıları üçün rəsmi bayram statusu almışdır.

Bu qərar sovet imperiyasının süqutu fonunda milli özünüdərkin güclənməsi və xalqın birliyə can atmasının siyasi ifadəsi idi. Həmrəylik Gününün formalaşmasında Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların 1989–1990-cı illərdə sərhədlərə doğru yürüşü və süni maneələrin dağıdılması mühüm simvolik məna kəsb edir. Uzun illər ayrı düşmüş Şimali və Cənubi Azərbaycanın birləşmək arzusu həmin hadisələrdə açıq şəkildə ifadə olundu və bu proses azərbaycanlıların bir millət olduğunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirdi. Həmrəylik

Günü məhz bu birləşmək iradəsinin, milli birliyin və tarixi ədalətə inamın rəmzinə çevrildi. Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin ideoloqu və təşkilatçısı kimi xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşlərə xüsusi önəm verir, onların problemləri ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün strateji tövsiyələr verirdi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir soydaşımız üçün milli qürur və özünüdərk simvoluna çevrilmişdir. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı isə xaricdə yaşayan azərbaycanlıların milli mənlik şüurunun güclənməsində və diaspor fəaliyyətinin institusional əsaslarının formalaşmasında yeni mərhələnin başlanğıcı oldu. Qurultaydan sonra qəbul edilən qərarlar və yaradılan dövlət qurumları dünya azərbaycanlıları ilə əlaqələrin sistemli şəkildə inkişafına imkan yaratdı.

Prezident cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji xətti uğurla davam etdirərək diaspor siyasətini dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirmişdir. Dövlət başçısı bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onların fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına, milli maraqların qorunmasına xüsusi diqqət yetirir. Prezident cənab  İlham Əliyev dəfələrlə vurğulamışdır ki, xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunması Azərbaycan dövlətinin prioritet vəzifəsidir. Bu siyasi iradə diasporun vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmasına güclü stimul vermişdir. Dünya Azərbaycanlılarının Qurultayları diaspor hərəkatının inkişafında mühüm rol oynamışdır. Xüsusilə 2022-ci ildə azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı tarixi əhəmiyyətə malikdir. Bu qurultay Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm Qələbənin, milli birliyin və güclü dövlətçilik iradəsinin parlaq təcəssümü oldu.

Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, bu Zəfər müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda formalaşan gənc nəslin tarixi missiyasının nəticəsidir və bundan sonra Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti isə qalib dövlət kimi yaşayacaqdır. Vətən müharibəsi və sonrakı dövrdə dünya azərbaycanlılarının nümayiş etdirdiyi həmrəylik misilsiz miqyas almışdır. Xaricdə yaşayan soydaşlarımız müxtəlif ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması, erməni lobbi dairələrinin təxribatlarının ifşası və milli maraqlarımızın müdafiəsi naminə fəal mövqe nümayiş etdirmişlər. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu fədakar fəaliyyət Qələbəmizə layiqli töhfə olmuş və “Dəmir yumruq” həm hərbi-siyasi gücün, həm də milli birliyin rəmzinə çevrilmişdir.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlını bir ideya ətrafında birləşdirən, milli-mənəvi dəyərlərə sədaqəti möhkəmləndirən mühüm platformadır. Azərbaycan diasporu yaşadığı ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasına, dövlətimizin maraqlarının qorunmasına və milli irsimizin nəsildən-nəslə ötürülməsinə mühüm töhfələr verir.

Həmrəylik Günü bu baxımdan yalnız bayram deyil, qlobal miqyasda azərbaycançılıq ideyasının yaşadılması və gücləndirilməsi üçün strateji əhəmiyyət daşıyan milli birlik manifestidir.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Dekabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri