Icma.az
close
up
RU
Milli mənəvi kimliyimizin sütunu ŞƏRH

Milli mənəvi kimliyimizin sütunu ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1 avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli azadlıq, müstəqilik və özünüdərk tarixinin ən şərəfli səhifələrindən biridir. Dil hər bir millətin varlığının, onun tarixi yaddaşının və mədəniyyətinin əsas daşıyıcısı, milli kimliyinin baş sütunudur. Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və latın qrafikalı əlifbamızın bərpası birbaşa uzaqgörən dahi lider Heydər Əliyevin həyata keçirdiyi köklü islahatların nəticəsidir.

Əlifba məsələsi hər bir dövrün mədəni inkişafı və tərəqqisi üçün zəruri sayılıb. Bununla belə, tarixdə Azərbaycanın mədəni inkişafına, eləcə də ədəbi dilinin formalaşmasına maneçilik törədən əlifbalar da olub. Məhz bu baxımdan haqlı olaraq, Azərbaycanın tərəqqipərvər ziyalıları dilimizin fonetik xüsusiyyətlərini əks etdirmək iqtidarında olmayan bu əlifbaların ( əsasən ərəf əlifbası) islah edilməsi və ya digər daha mükəmməl yazı sistemi ilə əvəz olunması uğrunda illərlə müntəzəm mübarizə aparıblar. Azərbaycanda təkcə əlifbanı deyil, bütövlükdə təfəkkürü dəyişməyə çalışan ilk mütəfəkkir böyük dramaturq, filosof və ictimai xadim Mirzə Fətəli Axundzadə olmuşdur. O, 1857-ci ildən etibarən Şərq dünyasında ilk dəfə olaraq əlifba islahatının fundamental ideyasını irəli sürdü. Axundzadənin bu fəaliyyəti 20-ci əsrin əvvəllərində gerçəkləşəcək böyük əlifba inqilabının ideoloji və elmi bünövrəsini qoydu. 1929-cu il yanvarın 1-dən Şərqdə ilk dəfə olaraq Azərbaycanda geniş maarifçilik hərəkatının nəticəsi kimi latın əsaslı yeni əlifba qəbul edildi. Bu dövr ölkədə savadsızlığın kütləvi şəkildə ləğvində böyük sıçrayış yaratdı. 1940-cı ildə Sovet imperyasının türk xalqlarını bir-birindən ayırmaq və milli şüuru zəiflətmək siyasətinin tərkib hissəsi kimi Azərbaycan dili məcburi olaraq Kiril əlifbasına keçirildi. Bu, xalqın öz zəngin tarixi qaynaqlarından qismən uzaqlaşdırılması məqsədi daşıyırdı. 1978-ci ildə Sovet rejiminin ən totalitar dövründə Heydər Əliyev böyük cəsarət və qətiyyət göstərərək Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan dili dövlət dili” maddəsinin daxil edilməsinə nail oldu. Ümummilli lider Heydər Əliyevin bu tarixi qərarı mənəvi varlığımızın əsası sayılan dilimizin gələcək inkişafında böyük addım oldu. Müstəqilliyin ilk illərində (1992-ci ildə) səriştəsiz siyasi qərarlar nəticəsində dövlət dilinin adı dəyişdirilərək süni şəkildə qarışıqlıq yaradılmışdır. Heydər Əliyevin xalqın iradəsinə əsaslanan müdaxiləsi ilə 1995-ci ildə qəbul edilən ilk müstəqil Konstitusiyada dilimizin adı rəsmən Azərbaycan dili olaraq təsbit olundu. Ulu öndərin 18 iyun 2001-ci il tarixli “ Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı dilimizin tətbiqi sahəsindəki boşluqları tamamilə aradan qaldırdı. Bunun ardınca, 9 avqust 2001-ci ildə imzalanan növbəti sərəncamla ölkədə latın qrafikalı əlifbaya tam keçid təmin olundu və 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis etməklə Ümummilli lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslarla mənimsəməsinə böyük zəmin yaratdı.O,öz çıxışlarında gənclərə müraciət edərək deyirdi: “ Öz dilini sevməyən adam öz tarixini bilə bilməz . Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq”.

Ümummilli lider Heydər Əliyev hər zaman gənclərin həm dünya elminə yiyələnməsini, həm də öz milli köklərinə dərindən bağlı olmasını tövsiyyə edərək deyirdi:

“ Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis, Puşkini rus, Nizamini,Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun.”

Bu dahi kəlam sübut edir ki, əsl azərbaycanlı ziyalısı dünyanı dərk etmək üçün xarici dilləri öyrənməli, lakin öz milli kimliyini, ruhunu və mədəniyyətini qorumaq üçün ilk növbədə ana dilini mükəmməl bilməlidir.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin milli dilin və əlifbanın qorunması sahəsində zəngin və çoxşaxəli fəaliyyəti bu gün də aktual həyati əhəmiyyət daşıyır. Belə ki, Ana dilimizin təkamülü yolunda böyük addımlar atan Ulu öndərin siyasi xəttini Prezinden İlham Əliyev uğurla davam etdirərək, Azərbaycan dilinin qloballaşan dünyanın təhdidlərindən qorunmasını və rəqəmsal məkanda hakim mövqeyə sahib olmasını strateji hədəf kimi müəyyən etmişdir.Prezident İlham Əliyevin “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən Azərbaycan və dünya ədəbiyyatı inciləri latın qrafikası ilə kütləvi şəkildə yenidən çap edildi. Bununla da latın əlifbasına keçid prosesinin qarşısındakı ən böyük maneə - kitab qıtlığı aradan qaldırıldı.Preziden İlham Əliyevin 17 iyul 2018-ci il tarixli

“ Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı ilə ana dilimizin internet resurslarında, proqram təminatlarında və süni intellekt sistemlərində tətbiq dairəsi genişləndirildi. 1 noyabr 2018-ci il də Prezident İlham Əliyevin imzaladığı “ Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin hər zaman prioritet məsələ kimi diqqət mərkəzində saxlanıldığının bariz nümunəsidir.

Eyni zamanda Prezident İlham Əliyevin Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiklik münasibətlərini möhkəmləndirən və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrini dərinləşdirən, Azərbaycan dilinin və ortaq türk əlifbasının 21-ci əsrdəki strateji yol xəritəsini müəyyən edən 22 oktyabr 2025-ci il tarixli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı böyük əhəmiyyət daşıyam Sərəncamı türk dünyasının elmi – mədəni inteqrasiyasına xidmət edən tarixi təməl sənədlərdən birinə çevrildi. 1926-cı ildə məhz Bakı şəhərində keçirilən bu qurultay, türk xalqlarının ortaq latın qrafikalı əlifbaya keçməsi ideyasının qlobal mərkəzi olmuşdur. Dövlət başçısının imzaladığı müvafiq sərəncam sadəcə elmi yubiley aktı deyil, ana dilimizin və əlifbamızın qlobal geosiyasi məkandakı mövqeyini bərqərar edən milli ideologiya bəyannaməsidir.

Sərəncam çərçivəsində reallaşan “ Türk Dünyası Həftəsi” tədbirləri Azərbaycanın bu coğrafiyada sadəcə siyasi deyil, həm də mədəni-linqvistik liderliyini nümayiş etdirir. Prezident İlham Əliyevin “ Bizim ortaq tariximiz, etnik köklərimiz və dillərimiz bizi vahid ailə kimi birləşdirir” fəlsəfəsi, dil və əlifba birliyini milli təhlükəsizlik və müstəqillik amili kimi rəsmiləşdirir.

Azərbaycan dili və əlifbası sadəcə keçmişimizin yadigarı deyi, bizi gələcəyə daşıyan ən güclü mənəvi silahımızdır. Mirzə Fətəli Axundzadə ilə başlayan əlifba islahatı ideyası, Heydər Əliyevin dövlətçilik iradəsi ilə möhürlənmiş və bu gün Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində qlobal və rəqəmsal müstəvidə öz mövqelərini möhkəmləndirmişdir.

Sonda qeyd etmək istərdim ki, 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bizə keçmişimizi unutmamağı, soy-kökümüzə sahib çıxmağı və milli kimliyimizlə fəxr etməyi xatırladan ən müqəddəs bayramlardan biridir.

Aynur Rzaquliyeva

Yeni Azərbaycan Partiyasının fəal üzvü , ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin Azərbaycan dili və Ədəbiyyat müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 İyul 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri