Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Milli Kitabxanada “Cəfər Xəndan 115” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Cəfər Xəndan 115” adlı kitab sərgisi açılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Milli Ktabxanada XX əsr Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan görkəmli Azərbaycan şairi, tənqidçi, ədəbiyyatşünas Cəfər Xəndanın anadan olmasının 115 illiyi münasibətilə “Cəfər Xəndan – 115” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə müəllifin əsərləri, tərtibçisi və redaktoru olduğu, tərcümə etdiyi, həyatı və yaradıcılığı haqqında kitablar, sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Xatırladaq ki, Hacıyev Cəfər Zeynal oğlu (Cəfər Xəndan) 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulub. 1918-ci ildə İrəvanda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliklər nəticəsində Cəfər Xəndanın ailəsi doğma yurdu tərk edib Gəncəyə köcüb. Cəfər burada ata-anasını itirib və bir müddət bacısı ilə uşaq evində qalıb. Əvvəlcə Gəncə Pedaqoji Texnikumunu, sonra 1925-1929-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb, aspiranturaya daxil olub, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərib (1932–1941).

Cəfər Xəndan 1939-cu ildə “Proletar inqilabçı şair Sabir” haqqında əsərini dissertasiya kimi təqdim edərək filologiya elmləri namizədi, 1949-cu ildə "Cənubi Azərbaycan ədəbiyyatında milli-azadlıq hərəkatı” adlı sanballı əsərinə görə filologiya elmləri doktoru, bir il sonra professor adına layiq görülüb. 1950-ci ildə professor Cəfər Xəndan Azərbaycan Dövlət Universitetinin rektoru seçilib və dörd il respublikanın bu ilk ali məktəbinə başçılıq edib.

1930-cu ildən dövri mətbuatda görünməyə başlayan Cəfər Xəndanın 1936-cı ildə “Bəyaz gecələr” adlı ilk kitabı nəşr olunub. Cəfər Xəndan “Cəbhə” şerləri (1942), “Qafqaz” (1942), “İlk ayrılıq” (1944), “Mübarizə yollarında” (1946) şeirlər kitablarının, “Sabir” (1940), “XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” (1965), “XX əsr Azərbaycan ədəbiyyatı” (1951), “Molla Nəsrəddin” (1956), “Şairin həyatı” (1961), “C.Cabbarlının həyat və yaradıcılığı” (1954), “Mikayıl Müşfiq” (1956), “Mir Cəlal” (1968) və s. monoqrafiyaların, ana dilində ilk “Ədəbiyyat nəzəriyyəsi” dərsliklərinin müəllifidir.

Cəfər Xəndan həm də dahi Nizaminin, Xaqaninin, Ömər Xəyyamın, Heyran xanımın bir çox əsərlərini ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edib.

Alimin vəfatından sonra nəşr edilən "Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” monoqrafiyası, son altmış ildə sabirşünaslığın əldə etdiyi ən böyük nailiyyətlərdən biri kimi qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri