Icma.az
close
up
RU
Milli Kitabxanada “Mikayıl Rəfili 120” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Mikayıl Rəfili 120” adlı kitab sərgisi açılıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və ictimai, ədəbi-mədəni fikir tariximizin tanınmış simalarından sayılan Mikayıl Rəfilinin yubileyi ilə əlaqədar “Mikayıl Rəfili - 120” adlı kitab sərgisi açılıb.

Sərgidə Mikayıl Rəfilinin müəllifi olduğu əsərlər, dərs vəsa­itləri, tərcümələri, tərtibçisi olduğu, ön söz yazdığı, redaktoru olduğu kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda çap  olunan məqalələr nümayiş olunur. 

Sərgi bir həftə davam edəcək.

Xatırladaq ki,  Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Goranboy rayonunun Borsunlu kəndində zəngin bir ailədə anadan olub. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini isə Gəncədə alıb. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olan Mikayıl Rəfili həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi olub, 1927-ci ildə Moskva Dövlət Universitetində təhsil alıb və bu dövrdə Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru işləyib.

“Pəncərə” adlı ilk şeirlər kitabı iyirmi dörd yaşında “Azərnəşr”də işıq üzü görüb. 1930-cu ildə "Lirik şeirlər”, 1936-cı ildə isə rus şairi A.Tarkovskinin tərcüməsində şeir və poemalarından ibarət "Pesni o qorodax” kitabı Moskvada nəşr olunub.

Mikayıl Rəfili böyük tərcüməçi idi. Viktor Hüqonun "Gülən adam”, "Paris Notrdam kilsəsi”, "Səfillər” (I, II, III, V və VI hissələr), Balzakın "Qorio ata”, "Qobsek”, "Novellalar”, Tolstoyun "Dirilmə” (I və II hissələr), Puşkinin "Bağçasaray fontanı”, "Tunc atlı” əsərlərinin tərcümələri indi də bədii tərcümə tariximizin Qızıl Fonduna daxildir. 

Mikayıl Rəfili M.F.Axundov haqqında "Səbuhi" adlı kinossenari,  “Şirvanşah İbrahim” pyesini, "Xosrov və Şirin" adlı opera librettosu yazıb. 

SSRİ Yazıçılar İttifaqının üzvü olub. Xidmətlərinə görə “Şərəf nişanı” ordeni və medallarla təltif olunub.

Mikayıl Rəfili 1958-ci il aprel ayının 25-də vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri