Icma.az
close
up
RU
Milli Kitabxanada “Akademik Muxtar İmanov” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Akademik Muxtar İmanov” adlı kitab sərgisi açılıb

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Milli Kitabxanada folklorşünaslıq sahəsində tanınmış alim, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik  Muxtar İmanovun anadan olmasının 70 illik yubiyeyi ilə əlaqədar  “Akademik Muxtar İmanov ” adlı kitab sərgisi açılıb.

525.az xəbər verir ki, sərgidə akademikin əsərləri, tərtibçi, rəyçi, ön söz, layihə rəhbəri, məsləhətçisi və redaktoru olduğu kitablar, həyatı, elmi fəaliyyəti və yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki,  Muxtar Kazım oğlu İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kənədində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib, 1980–1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirib, 1984-cü ildə "Müasir Azərbaycan nərsində psixologizm" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.

Akademik Muxtar İmanov ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı dəyərli əsərlərin - “Müasir Azərbaycan nəsrində psixologizm” (1991), “Gülüşün arxaik kökləri” (2005), “Xalq gülüşünün poetikası” (2006), “Folklorda obrazın ikiləşməsi” (2011),  “Epos. Nəsr. Problemlər” (2011), “Portretlər” (2013),  “Folklor həm keçmiş, həm də bu gündür” (2014),  “Sənət qayğıları” (2015),  “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” (2017), “Söz haqqında söz” (2020) və  200-dən artıq elmi məqalənin, eləcə də çoxsaylı publisistik yazıların müəllifidir.

Folklorun toplanması, tərtib və nəşr olunması ilə də ardıcıl məşğul olan alim bu sahədə bir çox kitabların, o cümlədən "Bu yurd bayquşa qalmaz" 1995), "Zəngəzur folkloru" (Azərbaycan folkloru antologiyası. VII kitab. 2005), "Şərur folklor örnəkləri" (I kitab, 2016), "Gədəbəy folklor örnəkləri" (I kitab, 2016), 10 cildlik "Qarabağ: folklor da bir tarixdir" (2012–2017) və 10 cildlik "Güney Azərbaycan folkoru" (2013–2020) toplularının layihə rəhbəri və tərtibçilərindən biridir.

Muxtar İmanov elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu (2015), AMEA Rəyasət Heyətinin Fəxri fərmanı (2015), Mahmud Kaşğari adına Beynəlxalq Fondun "Mahmud Kaşğari" medalı (2018), Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetinin yubiley medalı (2018), "Bakı Dövlət Universitetinin 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı (2019), "Aşıq Ələsgər 200" yubiley medalı (2021) və Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://525.az
archiveBu xəbər 26 May 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri