Icma.az
close
up
RU
Milli Kitabxanada “Əməkdar elm xadimi Qulu Xəlilov 95” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Əməkdar elm xadimi Qulu Xəlilov 95” adlı kitab sərgisi açılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Çoxşaxəli yaradıcılıq aləminə sahib olan filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qulu Xəlilovun anadan olmasının 95 illiyi münasibətilə Milli Kitabxanada “Əməkdar elm xadimi Qulu Xəlilov – 95” adlı ənənəvi geniş kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə professorun bədii, elmi və publisistik əsərləri, redaktor olduğu, rəy və “Ön söz” yazdığı kitablar, həyatı və yaradıcılığı haqqında xatirələr, poetik düşüncələr və s. ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Görkəmli yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Qulu Qasım oğlu Xəlilov 1930 - cu il noyabrın 20-də Qərbi Azərbaycanın Qarakilsə rayonunda anadan olub. 1948-ci ildə ailəsi oradan məcburən Ağcabədi rayonunun Poladlı kəndinə köçürülüb.

1949-cu ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini 1954-cü ildə fərqlənmə ilə bitirib, 1956-1959-cu illərdə aspiranturada təhsil alıb.

1959-cu ildə vaxtından 6 ay əvvəl “Vaqif” pyesi və tarixi dram janrı” mövzusunda namizədlik, 1968-ci ildə isə “Azərbaycan romanının inkişafı tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi adını alıb.

Yaradıcılığa 1953-cü il yanvarın 8-də “Ədəbiyyat və incəsənət qəzetində çap olunan “Qılınc dağında” məqaləsi ilə başlayıb. Bundan sonra dövrü mətbuatda müntəzəm olaraq publisistik və tənqidi məqalələri, hekayələri ilə çıxış etmiş, radio və televiziyada verilişlər aparıb.

“Yaşamaq istəyirəm”, “Qocaların söhbəti”, “Qulun yaman kişnədi”, “Müəllimə”, “Hörümçək”, “Tənha palıd”, “Bir də gəlmə”, “Ömrün baharı”, “Atam və mən” kimi romanları, “Yaylaqda”, “Qocaların söhbəti”, “Umusuq” və s. bədii, elmi və publisistik əsərlərin müəllifidir.

Professor Q.Xəlilov 1993 - cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Alim 1995-ci ildə noyabrın 20-də Bakıda vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri