Icma.az
close
up
RU
Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər 100” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər 100” adlı kitab sərgisi açılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 iyun, AZƏRTAC

Milli Kitabxanada folklorşünas alim, filologiya elmləri namizədi İslam Ələsgərin anadan olmasının 100 illik yubileyi münasibətilə “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin müəllifi olduğu əsərlər, tərtibçisi olduğu, “Ön söz” yazdığı, Göyçə aşıqları və şairlərinin şeirlərindən ibarət toplayıb nəşr etdiyi kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, İslam Ələsgər (Ələsgərov İslam Talıb oğlu) 1925-ci il iyunun 22-də Göyçə mahalının Ağkilsə kəndində Aşıq Ələsgərin oğlu Aşıq Talıbın ailəsində anadan olub. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib.

İslam Ələsgər Göyçə aşıqlarının və şairlərinin şeirlərini toplayıb və 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirib, haqqında məqalələr yazıb.

1973-cü ildə "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" adlı namizədlik dissertasiyası müdafiə edib. 1987-ci ildə “Göyçəli Aşıq Ələsgər” kitabını türkiyəli alim Nizaməddin Onkla birlikdə Türkiyədə nəşr etdirib.

1997-ci ildə "Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında" olan Sərəncama əsasən "Haqq aşığı Ələsgər" monoqrafiyasını yazıb.

Azərbaycan aşıq sənətini geniş miqyasda və ardıcıllıqla dünya mədəniyyətinə təqdim edən alimin Aşıq Ələsgər və Göyçənin saz-söz sənətkarları haqqında elmi məqalələri mətbuatda müntəzəm nəşr olunub, “Sazlı-sözlü Göyçə” (1999), “Göyçəli Aşıq Nəcəf” (2000), “Növrəs İman” (2003), “Çoban Məhəmməd” (2009) kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri