Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Milli Kitabxanada “Professor Pənah Xəlilov 100” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Professor Pənah Xəlilov 100” adlı kitab sərgisi açılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 29 iyun, AZƏRTAC

Milli Kitabxanada görkəmli ədəbiyyatşünas alim, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Professor Pənah Xəlilov – 100” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə professorun əsərləri, tədqiqatları, ali məktəblər üçün dərs vəsaitləri, tərcümələri, tərtib etdiyi, ön söz yazdığı, redaktoru, rəyçisi və məsləhətçisi olduğu kitablar, həyatı və elmi-bədii yaradıcılığı, pedaqoji və tərcüməçilik fəaliyyəti haqqında ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, Pənah İmran oğlu Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olub. İbtidai təhsilini kənddə alıb. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxuyub, ADU-nun filologiya fakültəsini bitirib (1943-1948). Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) vəzifəsində çalışıb.

1948-ci ildən fəal ədəbi yaradıcılığa başlayıb.

Bir çox dərslik və dərs vəsaitlərinin müəllifi olmuş Pənah Xəlilovun iki cildlik “SSRİ xalqları ədəbiyyatı”, professor Mir Cəlal Paşayevlə birlikdə yazdığı “Ədəbiyyatşünaslığın əsasları”, 1994-cü ildə nəşr olunmuş “Türk xalqlarının və şərqi slavyanların ədəbiyyatı” kitabları bu gün də alim və tələbələrin müraciət etdiyi dəyərli elmi mənbələrdir.

Professor Pənah Xəlilov “Əhməd Yəsəvi”, “Ukraynanın böyük Kobzarı”, “Kitabi-Dədə Qorqud-intibah abidəsi”, “"Əli və Nino" problemləri”, “Dostluğun gücü”, “Nəsrimizin üfüqləri” və s. sanballı əsərlərin müəllifidir.

20-dən çox kitabın, 300-dən artıq məqalənin müəllifi olan Pənah Xəlilov həm də bədii tərcümə sahəsində ciddi xidmətləri olan yaradıcı şəxsiyyətlərdəndir. Migel de Servantesin “Don Kixot” və Herodotun “Tarix” əsərlərinin tərcüməsi görkəmli alimin yaradıcılığında xüsusi yer tutur.

Görkəmli alim haqqında 2010-cu ildə Arif Əmrahoğlu “Professor Pənah Xəlilov” adlı monoqrafiya yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 İyun 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri