Icma.az
close
up
RU
Milli Kitabxanada “Şıxəli Qurbanov 100” adlı ənənəvi kitab sərgisi açılıb

Milli Kitabxanada “Şıxəli Qurbanov 100” adlı ənənəvi kitab sərgisi açılıb

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Kitabxanada  Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, dövlət və ictimai xadim, filologiya elmləri doktoru,  Dövlət mükafatı laureatı Şıxəli Qurbanovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Şıxəli Qurbanov-100” adlı ənənəvi  kitab sərgisi açılıb.

Sərgidə görkəmli alim-dramaturq, ictimai xadim Şıxəli Qurbanovun bədii əsərləri, kommediyaları, şeirləri, həyat və yaradıcılıq yolu, elmi-ədəbi irsi  haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Azərbaycan ədəbiyyatı və ictimai həyatında xüsusi yeri olan Şıxəli Qurbanov 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) təhsil aldıqdan sonra Azərbaycan ədəbiyyatı kafedrasında aspirant, eyni zamanda rus ədəbiyyatının tədrisi üzrə müəllim işləyib.

1956-cı ilin iyununda “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1958-ci ilin yanvarından Pedaqoji İnstitutda baş müəllim, dosent vəzifələrində çalışıb. 1961- 1966-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Ədəbi əlaqələr şöbəsinin müdiri işləyib.1964-cü ildə filologiya elmləri doktoru elmi adını alıb. Müxtəlif ictimai-siyasi vəzifələrdə çalışıb.

1958-1961-ci illər ərzində bir sıra səhnə əsərləri “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyeslərini, “Bahadır və Sona” librettosunu qələmə alıb.

1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb.

Onun lirik şeirlər, poema, hekayə və tənqidi məqalələri mətbuatda müntəzəm çap olunub.

Şıxəli Qurbanov bir sıra orden və medallara, həmçinin 1967- ci ildə   “Üzeyir Hacıbəyov adına Respublika Dövlət mükafatı”na  layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Avqust 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri