Icma.az
close
up
RU
Milli Kitabxanada “Müslüm Maqomayev 140” adlı ənənəvi kitab sərgisi açılıb

Milli Kitabxanada “Müslüm Maqomayev 140” adlı ənənəvi kitab sərgisi açılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 sentyabr, AZƏRTAC

Milli Kitabxanada görkəmli bəstəkar, Azərbaycanın ilk peşəkar opera dirijoru, Əməkdar incəsənət xadimi Müslüm Maqomayevin anadan olmasının 140 ili münasibətilə “Müslüm Maqomayev – 140” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə dahi bəstəkar Müslüm Maqomayevin əsərləri, operaları, həyatı və yaradıcılığı, Azərbaycan musiqisinin inkişafında müstəsna xidmətləri və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, not məcmuələri, dövri mətbuat materialları nümayiş olunur.

Qeyd edək ki, Müslüm Maqomayev 1913-cü ildən “Şah İsmayıl”, “Sevgi” və “Məhəbbət” operalarını yazmağa başlayıb. O, 1916-cı ildə özünün ilk səhnə əsəri olan “Şah İsmayıl”ı bitirib. Xalq əfsanəsinə əsaslanan bu operada bəstəkar milli folklor nümunələrindən bacarıqla istifadə edib, musiqi isə improvizasiya və muğam prinsiplərinə əsaslanıb.

O, 1920–1930-cu illərdə "Azərbaycan incəsənəti", "Raport veririk" kinofilmlərinə, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" dram tamaşalarına və digər əsərlərə musiqi bəstələyib. Bəstəkar, həmçinin, simfonik orkestr üçün "Azərbaycan çöllərində", "Ceyran", "Turacı", "Şüştər dəramədi", "Çeçen rəqsi", və s. yazıb. O, vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirib.

Müslüm Maqomayev yaradıcılığının ən yüksək zirvəsini onun Avropa stilində yazdığı “Nərgiz” operası təşkil edir. Bəstəkar bu opera üzərində 3 il işləyib. “Nərgiz” operası Azərbaycan musiqisinin inkişafı tarixində mühüm yer tutub. Buna görə müəllif “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Dahi bəstəkar Üzeyir Hacıbəyli ilə birgə yaradıcılıq yoluna başlayan və onun silahdaşı, dostu olan Müslüm Maqomayevin milli musiqimizin inkişafında, professional bəstəkarlıq məktəbinin yaranmasında böyük xidmətləri vardır. Azərbaycan Dövlət Filarmoniyasına Müslüm Maqomayevin adının verilməsilə bəstəkarın xatirəsi əbədiləşdirilmişdir.

Müslüm Maqomayev 5-ə yaxın simfonik əsərin, o cümlədən 2 opera, marşların və bir neçə rapsodyanın, azərbaycanlı şairlərin şeirlərinə əsaslanan bir çox vokal əsərlərin müəllifidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri