Milli Kitabxanada “Professor Famil Mehdi 90” adlı kitab sərgisi açılıb AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 dekabr, AZƏRTAC
Milli Kitabxanada “Professor Famil Mehdi – 90” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin əsərləri, “Ön söz” yazdığı tərtibçisi, rəyçisi və redaktor olduğu, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Qeyd edək ki, tanınmış Azərbaycan şairi, tənqidçi, publisist, filologiya elmləri doktoru, professor Famil Mehdi bədii yaradıcılığa 1951-ci ildə Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlayıb, dövri mətbuatda vaxtaşırı çıxış edib. “Jurnalistika məsələləri” adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. "Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 25 Dekabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















