Milli Kitabxanada professor Kamandar Şəriflinin 85 illiyi münasibətilə kitab sərgisi açılıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 18 yanvar, AZƏRTAC
Milli Kitabxanada professor Kamandar Şəriflinin 85 illiyi münasibətilə kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin elmi fəaliyyəti sayəsində işıq üzü görmüş əsərləri, tərtibçisi olduğu və transliterasiya etdiyi kitablar yer alıb. Həmçinin tərcümələri, “Ön söz” yazdığı, redaktoru olduğu və rəy verdiyi əsərlər, elmi fəaliyyəti və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunub.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Kamandar Şərifli “Mətnşünaslıq” (2001), “Mətnşünaslığın əsasları” (2003), “Əbdülqəni Nuxəvi Xalisəqarızadə” (2001), “Azərbaycan mətnşünaslığının təşəkkülü və inkişafı” (1996), “Alim, pedaqoq və kitabşünas” (2007), “Azərbaycan əlyazma kitabı və kitabxanaları” (2009), “Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu” 2 cilddə (2010, 2023), “Mətnşünaslığın nəzəri əsasları” (2011) və s. kimi monoqrafiyaların, təqdiqat əsərlərinin müəllifidir. Alimin 2019-cu ildə elmi əsərlərindən ibarət dörd cildliyi nəşr olunub. Professor Kamandar Şərifli Əlyazmalar İnstitutunda saxlanılan ərəbdilli əlyazmalar kataloqunun I (1984; 2008), II (2000), III (2007) və IV (2019) cildlərinin müəlliflərindən olmaqla bərabər II, III və IV cildlərin tərtibçi və redaktorudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 18 Yanvar 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















