Icma.az
close
up
RU
Milli Kitabxanada professor Gülnaz Abdullazadənin 80 illik yubileyi qeyd olunub

Milli Kitabxanada professor Gülnaz Abdullazadənin 80 illik yubileyi qeyd olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 sentyabr, AZƏRTAC

Milli Kitabxanada Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, bəstəkar-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov görkəmli alimin zəngin elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən, Azərbaycan musiqişünaslığı və fəlsəfi fikir tarixinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Natiq Gülnaz Abdullazadənin çoxşaxəli elmi yaradıcılığının, fundamental tədqiqatlarının və uzun illər ərzində yetişdirdiyi tələbələrin Azərbaycan elm və mədəniyyətində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə Bakı Musiqi Akademiyasının əməkdaşları, Gülnaz Abdullazadənin tələbələri və həmkarları Zümrüd Məmmədova, Rauf Bəhmənli, İlahə Qismət, Arif Əsədullayev, Könül Nəsirova, Zeynal İsayev, İmina Əliyeva, Nərminə Ağası, Adilə Əfəndi, Nərgiz Hüseynova, Nuridə İsmayılzadə və Maya Qafarova çıxış ediblər.

Çıxış edənlər Gülnaz Abdullazadənin çoxşaxəli elmi və yaradıcılıq fəaliyyətindən, musiqişünaslıq, fəlsəfə və estetik fikir sahəsində apardığı tədqiqatlardan bəhs edərək, onun elmi əsərlərinin və monoqrafiyalarının Azərbaycan musiqi elminin inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, professor Gülnaz Abdullazadənin uzun illər ərzində apardığı elmi araşdırmalar, pedaqoji fəaliyyəti və yetişdirdiyi tələbələr onun Azərbaycan musiqi elminin və bütövlükdə musiqi mədəniyyətimizin inkişafına verdiyi əvəzssiz töhfələr hesab oluna bilər.

Sonda Gülnaz Abdullazadə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib.

Daha sonra iştirakçılar Gülnaz Abdullazadənin həyat və yaradıcılığına dair 100-dən artıq ədəbiyyat nümunəsinin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see585

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see533

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see376

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see283

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see255

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see254

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see247

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see246

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see245

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see222

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see220

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see220

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see217

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see214

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see214

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see213

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see212

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see211

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri