Icma.az
close
up
RU
Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunub

Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 noyabr, AZƏRTAC

Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək AMEA ilə rəhbərlik etdiyi kitabxana arasında çox sıx elmi və mədəni əlaqələrin mövcud olduğunu söyləyib. O, Milli Kitabxanada AMEA-nın yubileyi ilə əlaqədar bir sıra tədbirlər və kitab təqdimatları keçirildiyini və bugünkü tədbirin həmin silsilənin yekunu olduğunu bildirib. Direktor əlavə edib ki, son illərdə Milli Kitabxananın fonduna daxil olan kitabların 30 faizi AMEA tərəfindən nəşr olunan çoxsaylı elmi əsərlərdir.

Kərim Tahirov Milli Kitabxananın hər il bir sıra biblioqrafiyalar çap etdiyini və bu biblioqrafiyaların Azərbaycan elminin inkişafında, AMEA alimlərinin tədqiqat fəaliyyətində mühüm rol oynadığını söyləyib.

Sonra direktor yubiley münasibətilə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 1378-ci ildə köçürülmüş “Xəmsə”nin Türkiyənin Topqapı Sarayı Muzeyində saxlanılan nadir nüsxəsinin surətini AMEA-ya hədiyyə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində iştirakı və çıxışı Azərbaycan elminin, milli ziyalıların və ictimai fikrin qarşısına çox böyük vəzifələr qoyur. Prezidentin çıxışında XXI əsrin çağırışlarına uyğun olaraq süni intellekt, rəqəmsal inkişaf, kibertəhlükəsizlik kimi aktual məsələlərlə bağlı irəli sürdüyü fikirlər alimlərimizin və yeni nəslin diqqət mərkəzində olmalı, bu sahələr müstəqil Azərbaycanın inkişafını təmin edən əsas istiqamətlərə çevrilməlidir.

O, Azərbaycan Milli Kitabxanasını ölkəmizdə “ikinci Akademiya” adlandırıb.

Tədbirdə çıxış edən Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Muzaffer Şeker və Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Roin Metreveli Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylini təbrik edərək, Akademiyanın gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazılanan “Azərbaycan Milli Elmlər Akademiyası- 80” adlı elektron məlumat bazasının və virtual sərginin təqdimatı olub.

Sonda qonaqlar “Azərbaycan Milli Elmlər Akademiyası- 80” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see237

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see236

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see234

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see227

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see195

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see188

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see181

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see168

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see166

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see162

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see160

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see159

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see153

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see153

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see152

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see148

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri