Milli Kitabxanada tarixçi alimə həsr edilən sərgi təqdim olunub
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Milli Kitabxanada tarix elmləri doktoru, professor Kərim Şükürovun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin tarix elminin müxtəlif problemlərinə dair monoqrafiyaları, dərslikləri, ön söz yazdığı, tərtibçi, layihə rəhbəri, elmi redaktoru olduğu kitablar, elmi fəaliyyəti haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Tarixçi-alimin 10-dan artıq kitab və monoqrafiyası, həmçinin müxtəlif dillərdə 200-dən artıq elmi məqaləsi çao olunub. Əsas tədqiqat əsərləri sırasında “Azərbaycan əhalisi haqqında ədəbiyyat. Biblioqrafik göstərici.”, “Türk xalqları XVI-XX yüzilliklərdə: say dinamikası (Çar Rusiyası və Sovetlər İttifaqı üzrə)”, “Azərbaycan tarixi. Üç hissədə” (I-II hissələr), “Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)”, “Türkmənçay – 1828. Tarixi xronika”, “Qarabağ: real tarix, faktlar və sənədlər” (akademik Yaqub Mahmudovla birgə), “Naxçıvan: tarixi və abidələri” (akademik Yaqub Mahmudovla birgə) kitabları xüsusi yer tutur. Onun əsərləri Azərbaycan dili ilə yanaşı rus, ingilis, alman, ərəb və fars dillərində nəşr edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 10 May 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















