Milli komandada oynamış futbolçunun qətli iki nəfər həbs edilib
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ekvador polisi futbolçu Mario Pineydanın qətlində şübhəli bilinən iki nəfəri həbs edib.
Reyting.az-ın məlumatına görə, ESPN-nin yazır ki, şübhəlilər məhkəmə qarşısına çıxarılıb və onlara qarşı kifayət qədər sübutun toplanması, həmçinin ədalətdən yayınma riskinin mövcudluğu səbəbilə məhkəmə tərəfindən “preventiv həbs” qərarı verilib.
Mario Pineyda ona edilən hücumdan sonra 33 yaşında həyatını itirib. Futbolçu ilə birlikdə onun həyat yoldaşı da həlak olub. Marionun anası isə xəsarətlər alıb.
Pineyda 2016-cı ildən Quayakil “Barselona”sının futbolçusu olub. Müdafiəçi klubla iki dəfə Ekvador çempionluğu və ölkə kubokunu qazanıb. O, karyerası ərzində həmçinin Ekvadorun “İndependiente del Valle” və “Nasional”, eləcə də Braziliyanın “Fluminense” klublarında çıxış edib. Pineyda 2015-2021-ci illərdə 9 oyunda Ekvador millisinin formasını geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Dekabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















