Milli komandanı rədd edən futbolçu ölümlə hədələndi
Icma.az, Lent az saytına istinadən bildirir.
İsveçin “Hammarby” klubunda çıxış edən 21 yaşlı Montader Məcid İraq millisinin dəvətini rədd etdiyi üçün ölümlə hədələnib.
Lent.az xəbər verir ki, İraq Futbol Federasiyasının İdarə Heyətinin üzvü Adil ər-Rubai futbolçu haqqında sərt açıqlama verib.
Televiziya proqramında çıxış edən federasiya rəsmisi “Ölkəsinin adına hörmət etməyən şəxsi edam etdirək” deyib. Aparıcının bu sözlərin həddindən artıq sərt olduğunu bildirməsinə baxmayaraq, o, mövqeyindən geri çəkilməyib.
Açıqlama İraqda ciddi narazılığa səbəb olub. Federasiyanın sözçüsü Əhməd əl-Fəlluci futbolçuya yönələn təhdidi pisləyərək həmin şəxs barəsində hüquqi tədbir görülməsini istəyib.
Qeyd edək ki, İsveç və İraq vətəndaşlığı olan Məcid əvvəllər İraq millisində dörd oyun keçirib. Lakin komanda ilə münasibətləri gərginləşdikdən sonra baş məşqçi Qrem Arnoldun yeni dəvətini də qəbul etməyib.
Futbolçu qərarını hazırda klubundakı çıxışına diqqət yetirmək istəməsi ilə izah edib.
Adil ər-Rubai barəsində hüquqi prosedurun başlanıb-başlanmadığı isə hələlik məlum deyil.
Baxış sayı:51
Bu xəbər 07 Noyabr 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















