Milli maraqlardan geri çəkilmək diplomatik xəttimizə və idarəçilik sistemimizə yaddır
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
"Cəmiyyətə açıqlanmayan, ancaq ehtiyac halında həyata keçirilən fövqəladə tədbirlər dövlət idarəçiliyində məxfi, yəni ictimaiyyətə açıq olmayan müəyyən səlahiyyətlərə, xüsusi səlahiyyətə malik olan şəxslərlə strateji planlamalar adlanan, dövlətin əsasını təşkil edən idarəçilik sisteminə aiddir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Ramil Hüseynov səsləndirib. O deyib ki, bu sistem bütün ölkələrdə — dünyada özünü dövlət kimi tanıyan ölkələrin istifadə etdiyi, milli təhlükəsizliyin, diplomatik maraqların, ictimai asayişin və xalqın milli maraqlarının qorunması üçün bir metoddur:
"Bəli, dövlət maraqlarında güzəşt etmək, milli maraqlardan geri çəkilmək anlayışı bu günkü diplomatik xəttimizə və idarəçilik sistemimizə yaddır".
Onun sözlərinə görə, müdafiə strategiyasının təşkili, terror təhlükəsinə qarşı planlar, ikitərəfli və çoxtərəfli danışıqlarda üstünlük qazanmaq, strateji dövlət investisiyaları, maliyyə bazarlarına nəzarət — bütün bunların həyata keçirilməsi və indiki yeni dünya landşaftında toqquşan maraqlar fonunda ölkəyə uğur gətirən addımlar atmaq çox mürəkkəb bir siyasi prosedurdur.
Süleyman
Bu mövzuda digər xəbərlər:Dövlət maraqlarında güzəşt etmək diplomatik xəttimizə və idarəçilik sistemimizə yaddır
28 Aprel 2025 21:08
Meymunçiçəyi geri çəkilmək istəmir
29 Dekabr 2024 10:46
Tehran geri çəkilmək istəmir
22 İyun 2025 08:56
Zelenski: Donbasdan geri çəkilmək olmayacaq
20 Oktyabr 2025 11:53
Avropanın qorxusu: Tramp geri çəkilmək üçün...
29 Aprel 2025 07:23
Baxış sayı:110
Bu xəbər 18 Aprel 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















