Dövlət maraqlarında güzəşt etmək diplomatik xəttimizə və idarəçilik sistemimizə yaddır
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cəmiyyətə açıqlanmayan, ancaq ehtiyac halında həyata keçirilən fövqəladə tədbirlər dövlət idarəçiliyində məxfi, yəni ictimaiyyətə açıq olmayan müəyyən səlahiyyətlərə, xüsusi səlahiyyətə malik olan şəxslərlə strateji planlamalar adlanan, dövlətin əsasını təşkil edən idarəçilik sisteminə aiddir. Bu sistem bütün ölkələrdə — dünyada özünü dövlət kimi tanıyan ölkələrin istifadə etdiyi, milli təhlükəsizliyin, diplomatik maraqların, ictimai asayişin və xalqın milli maraqlarının qorunması üçün bir metoddur.
Bəli, dövlət maraqlarında güzəşt etmək, milli maraqlardan geri çəkilmək anlayışı bu günkü diplomatik xəttimizə və idarəçilik sistemimizə yaddır.
Müdafiə strategiyasının təşkili, terror təhlükəsinə qarşı planlar, ikitərəfli və çoxtərəfli danışıqlarda üstünlük qazanmaq, strateji dövlət investisiyaları, maliyyə bazarlarına nəzarət — bütün bunların həyata keçirilməsi və indiki yeni dünya landşaftında toqquşan maraqlar fonunda ölkəyə uğur gətirən addımlar atmaq çox mürəkkəb bir siyasi prosedurdur.
Bu gün biz dövlətimizin suveren, bütöv, azad, müstəqil, qüdrətli bir ölkəyə çevirərək siyasi-iqtisadi dayaqları möhkəmləndirmişik. Təbii ki, burada çatışmayan nüansları, individual yanaşmaların nəticəsi olaraq neqativ mənzərəni görə bilərik və bundan heç kim məmnun deyil.
Lakin bu xırda nüanslardan istifadə edərək dövlətin əleyhinə, guya xalqın mövqeyini dəyişməyə cəhd edənlər artıq nə qədər pis əməllər varsa, hamısından istifadə edirlər.
Ramil Hüseynov
Bu mövzuda digər xəbərlər:Milli maraqlardan geri çəkilmək diplomatik xəttimizə və idarəçilik sistemimizə yaddır
18 Aprel 2025 12:17
Dövlət İdarəçilik Akademiyasında Dövlət Suverenliyi Günü qeyd olunub
18 Sentyabr 2025 17:34
Dövlət bu şəxslərə güzəşt edəcək
01 Yanvar 2026 15:52
Dövlət İdarəçilik Akademiyası bu vəzifələrə işçi axtarır
18 Dekabr 2025 10:06
Dövlət İdarəçilik Akademiyasının məzunları iş tapa bilir? ARAŞDIRMA
22 Yanvar 2025 17:47
Baxış sayı:142
Bu xəbər 28 Aprel 2025 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















