Icma.az
close
up
RU
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qəbuledilməz sayıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qəbuledilməz sayıb

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qəbuledilməz sayıb.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Qeyd edilib ki, Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclası ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qaldı: “Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir.

Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin edildiyi, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu bir gerçəklikdir. Belə olan halda, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır.

Bu qətnamə Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Xüsusən, süni şəkildə yaradılmış bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan ölkəmizin əldə etdiyi uğurlar fonunda bu kampaniyanın müxtəlif “elementlər”lə zənginləşdirilərək daha da genişləndiriləcəyi gözlənilən idi.

Bu mənada, Azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz “töhfəsini” verməli idi. Qəbul edilmiş qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur.

Müşahidələr onu göstərir ki, Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisidir. Nəticə etibarilə, bu cür qətnamələr ölkəmizə qarşı irəli sürülən gizli gündəliklərin, reallaşdırılmağa çalışan siyasi maraqların əsl mahiyyətini tam şəkildə ortaya qoyur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2024 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri