Icma.az
close
up
RU
Milli Məclis Avropa Parlamentinin qeyriobyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd etdi RƏSMİ

Milli Məclis Avropa Parlamentinin qeyriobyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd etdi RƏSMİ

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Milli Məclisi Avropa Parlamentinin 19 dekabr 2024-cü il tarixli qətnaməsinə münasibət bildirib.
Sitat.info bu barədə Milli Məclisə istinadən bildirir.
Bildirilir ki, Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclası ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qaldı: “Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir. Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin edildiyi, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu bir gerçəklikdir. Belə olan halda, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır. Bu qətnamə Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Xüsusən, süni şəkildə yaradılmış bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan ölkəmizin əldə etdiyi uğurlar fonunda bu kampaniyanın müxtəlif “elementlər”lə zənginləşdirilərək daha da genişləndiriləcəyi gözlənilən idi. Bu mənada, Azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz “töhfəsini” verməli idi. Qəbul edilmiş qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur”.
Milli Məclisin münasibətində daha sonra bildirilir: “Müşahidələr onu göstərir ki, Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisidir. Nəticə etibarilə, bu cür qətnamələr ölkəmizə qarşı irəli sürülən gizli gündəliklərin, reallaşdırılmağa çalışan siyasi maraqların əsl mahiyyətini tam şəkildə ortaya qoyur. Avropa Parlamentində aparılan müzakirələr və qəbul olunan sənədlər digər ölkələrin daxili işlərinə kobud müdaxilə alətinə çevrilibdir. Lakin bu qurum özünün qeyri-obyektiv mövqeyinin və saxta məlumatları rəsmiləşdirən qətnamələrinin artıq heç bir maraq doğurmadığını yaxşıca dərk etməlidir”.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin qeyri-obyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd edir. “Hesab edirik ki, ciddi problemlərlə üzləşmiş Avropa qitəsinin bu gün öz qanunvericilərinin həmin problemlərin həllinə diqqət yönəltməsinə daha çox ehtiyacı var”, yekunda bildirilir.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 Dekabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see607

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see270

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see253

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see148

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see144

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see142

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see142

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see141

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see136

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see135

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see134

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see134

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see133

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see131

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see131

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see129

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see128

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see123

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see122

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri