Milli Məclis sədri BƏƏ Federal Milli Şurasının sədr müavini ilə görüşdü FOTO
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədr müavini Tariq Humaid Al Tayer ilə görüşüb.
Moderator.az xəbər verir ki, görüş zamanı iki ölkə liderlərinin rəhbərliyi altında bütün istiqamətlər üzrə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, parlamentlərin fəaliyyəti və verdiyi töhfələr xüsusi vurğulanıb.
Spiker Sahibə Qafarova qarşılıqlı rəsmi səfərlərin, eləcə də parlamentlər arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq əlaqələrin inkişafının önəmini qeyd edib. Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Asiya Parlament Assambleyası (APA) çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olmasından razılıq ifadə olunub.
Görüşdə Sahibə Qafarova Milli Məclisin APA-ya iki illik sədrliyi dövründə BƏƏ parlamentinin nümayəndə heyətinin göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, APA-nın parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün ümumi və səmərəli platforma olduğunu vurğulayıb. Söhbətdə Milli Məclisin APA-ya uğurlu sədrliyi xüsusilə qeyd edilib.
Görüşdə parlamentlərarası əməkdaşlığın bundan sonra da qarşılıqlı etimad və tərəfdaşlıq prinsipləri əsasında uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Yanvar 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















