Icma.az
close
up
RU
Milli Məclisdə Bakı şəhər bələdiyyəsinin yaradılması təklif edilib

Milli Məclisdə Bakı şəhər bələdiyyəsinin yaradılması təklif edilib

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Deputat: “Təəssüf ki, bələdiyyələrin imkanları məhdud olduğuna görə bir çox hallarda bu müraciətlər müsbət cavablandırılmır”

“2025-ci ilin yanvar ayında bələdiyyə seçkiləri keçirildi. Nəticədə 682 bələdiyyə formalaşdı, lakin üç bələdiyyədə seçkilər hələ də etibarsız hesab olunur. Düşünürəm ki, bu məsələ yaxın zamanda həll edilməlidir ki, bütün bölgə və regionlarda bələdiyyə prosesi yekunlaşsın”. AYNA.AZ Modern.az-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin plenar iclasında Fazil Mustafa deyib.

Deputat onu da bildirib ki, məruzədə qadınların payının 39 faiz, gənclərin isə 25 faiz təşkil etdiyi qeyd olunur. Əslində, bu məsələyə fərqli prizmadan baxmaq lazımdır. Vətəndaşlar üçün əsas məsələ bələdiyyədə nə qədər qadının və ya gəncin təmsil olunması deyil. Onlar müraciət etdikdə bələdiyyələrin hansı səlahiyyətlərə və hansı məsuliyyətə malik olduğunu, yerli problemlərin həllində real nəticə verib-vermədiyini düşünürlər.

“Təəssüf ki, bələdiyyələrin imkanları məhdud olduğuna görə bir çox hallarda bu müraciətlər müsbət cavablandırılmır və vətəndaşlar daha çox mərkəzləşdirilmiş qurumlara ümid etmək məcburiyyətində qalırlar ki, onlar heç olmasa yerli səviyyədə elementar problemlərin həllinə kömək göstərsinlər.

Konstitusiyamızın 144-cü maddəsində bələdiyyələrlə bağlı olduqca mühüm bir müddəa var: yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi. Hesab edirəm ki, bu sənəddə də həmin məsələyə xüsusi diqqət yetirilməlidir. Hansı bələdiyyələrdə yerli iqtisadi inkişaf proqramları qəbul edilib və icra olunub? Bu barədə demək olar ki, məlumat yoxdur. Məncə, bələdiyyələrin görməli olduğu ən əsas iş məhz bu sahədir və burada konkret göstəricilər, indeksləşmə mexanizmi son dərəcə vacibdir”.

Fazil Mustafa vurğulayıb ki, əvvəllər bələdiyyələrdən danışarkən icra hakimiyyətlərinin onlara təsiri, maneələri, bəzən də bələdiyyələrin səlahiyyətlərindən istifadə etməsi məsələləri qabardılırdı. Lakin indi faktiki olaraq icra hakimiyyətləri yerli problemlərin həllində bir sıra səlahiyyətlərdən məhrum edilib.

“Mən belə hesab edirəm ki, yerlərdə yeni idarəetmə modeli tam formalaşana qədər ya bələdiyyələrin statusu və imkanları genişləndirilməlidir, ya da yerli icra hakimiyyəti orqanlarına müəyyən əvvəlki səlahiyyətlər geri qaytarılmalıdır. Çünki mərkəzləşdirilmiş qurumlar bir çox hallarda yerlərdə vətəndaşı razı sala biləcək problemlərin operativ həllinə diqqət ayırmaqda çətinlik çəkirlər. Bu baxımdan bələdiyyələrin inkişafı müsbət qiymətləndirilməlidir”.

Deputat F. Mustafa böyük şəhər bələdiyyəsinin yaradılması təklifini də dəstəkləyib: “Belə bir prinsip müəyyən edilə bilər ki, əgər hər hansı şəhərdə otuzdan artıq bələdiyyə fəaliyyət göstərirsə, həmin şəhər üzrə böyük şəhər bələdiyyəsinin yaradılması nəzərdə tutulsun. Çünki layihələrin icrası baxımından bu say nə həddindən artıq böyükdür, nə də səmərəsizdir. Kəndlərdə bu modeli tətbiq etmək çətin olsa da, heç olmasa Bakı üçün bunu təmin edə bilərik”.

“Qanunvericilikdə qəbiristanlıqların bələdiyyələrə verilməsi məsələsi müəyyən qədər həll olunduqda da bələdiyyələrin əksəriyyəti bunu üzərinə götürmək istəmədi. Səbəb isə sadə idi: onları saxlamaq üçün imkanları yox idi. Deməli, ilk növbədə imkanlar barədə düşünməliyik və bu imkanların artırılması üçün real mexanizmlər formalaşdırmalıyıq.

Məsələn, sənəddə göstərilir ki, 2025-ci ildə cəmi dörd yeni bələdiyyə müəssisəsi yaradılıb – Cəbrayılda və digər bəzi ərazilərdə. Bu, bələdiyyələr üçün olduqca minimal göstəricidir. Azərbaycan kimi böyük bir dövlətdə yerli özünüidarəetmə orqanlarının bir il ərzində cəmi dörd müəssisə yaratması qənaətbəxş sayıla bilməz. Halbuki bu göstərici onlarla, hətta yüzlərlə olmalıdır.

Əgər biz məşğulluqla bağlı problemlərin həllini istəyiriksə, mütləq şəkildə bələdiyyələrin bu imkanlarını genişləndirməliyik, onların qərarlarının və möhürlərinin hüquqi təsir gücünü artırmalıyıq. Bir vaxtlar baş vermiş kriminal hallara görə bütün bələdiyyələrin fəaliyyətini faktiki olaraq iflic vəziyyətində saxlamaq düzgün yanaşma deyil. Keçmişdə yol verilmiş pozuntulara görə bütün sistemin səlahiyyətsiz vəziyyətdə qalması uzunmüddətli həll yolu ola bilməz. Bu baxımdan hesab edirəm ki, səsləndirilən tövsiyələr nəzərə alınarsa, yerli özünüidarəetmənin keyfiyyətini gələcəkdə daha yüksək səviyyəyə qaldıra bilərik”, - deputat qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 Fevral 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri