Icma.az
close
up
RU
Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Milli Məclisdə büdcə ili ilə təqvim ilinin fərqləndirilməsi təklif edilib

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Konseptual məsələlərdən biri gəlir və xərclərdə kənarlaşmalardır. Xüsusən xərclər üzrə proqnozlarda kəskin fərqlər var. Belə ki, 2025-ci ildə 41,4 milyard manat proqnozlaşdırılsa da icra 38,6 milyard manat olub. Yəni, proqnoza nisbətən 2,8 milyard manat az xərclənib və bu da proqnozlarda kənarlaşmanı göstərir.
Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar bayramov Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, proqnoza nisbətən 2,8 milyard manat az xərclənməsinin iqtisdi təsirlərinin xüsusi qiymətləndirilməsinə ehtiyac var:
“Bir sıra xərclərin daha az xərclənməsi diqqəti cəlb edir. 2025-ci ildə elm xərcləri nəzərdə tutulan vəsaitin 30,2 milyon manatı xərclənməyib. Bu 13,2 faiz az xərcləmə deməkdir. Elmin inkişafının prioritet olduğunu nəzərə alsaq bu istiqamətə daha az vəsaitin ayrılmasının xüsusi təhlilinə ehtiyac var. Oxşar olaraq, səhiyyə xərclərində 55,4 milyon manat və ya 4,2 faiz az xərcləmə qeydə alınıb”.
Millət vəkili, həmçinin, bir sıra təkliflərlə çıxış edib:
“Hökumətdə büdcə ili ilə təqvim ilin fərqləndirilməsinə məsələsinə baxılmasnı təklif edirəm. Etiraf etmək lazımdır ki, iqtisadi inkişafda büdcə xərclərinin xüsusi payı var. İlin əvvəlində xüsusən iqtisadi fəaliyyətə yönəlik xərc maddələrində nisbətən az xərcləmələr ümumi daxili məhsuldakı artıma təsirsiz ötüşmür.
 

Bu gün büdcəsinin icrasını müzakirə etdiyimiz 2025-ci ildə ÜDM-də artım faizi 1.4 faiz olsa da ötən ilin ilk rübündə cəmi 0.3 faiz artım qeydə alınıb. Təbii ki, bu o demək deyil, ÜDM artım faizindəki dəyişikliklər sadəcə büdcə xərcləmələri ilə bağlıdır. Digər iqtisadi faktorlar da birbaşa təsir edir. Amma sözsüz fiskal səbəblər də diqqətdən qaçmamalıdır.


Büdcə ili təqvim ilinin eyni olması ilin son aylarında, xüsusən dekabr ayında büdcədən daha çox vəsait ayrılmasına səbəb olan faktorlardan biridir. Nəticədə, iqtisadi aktivliyin aylar üzrə tam dəstəklənməsi və vəsaitlərin daha səmərəli xərclənməsi üçün büdcə ilinin təqvim ilindən fərqləndirilməsi məqsədəuyğundur.
Böyük Britaniya, Yaponiya, Kanada və uğurlu model kimi təqdim edilən Sinqapur, eləcə də resursla zəng olan Küveyt və Qətər daxil olmaqla bir sıra dövlətlərdə büdcə ilin yanvarın 1-dən deyil, aprel ayından başlayır və martın 31-i başa çatır. Azərbaycanda mart ayında qeyri-iş günlərinin çox olmasına baxmayaraq bu praktikanın ölkəmizdə tətbiqi büdcə xərcləmələrin iqtisadiyyatın əksər sektorları daxil olmaqla, ÜDM-ə müsbət təsirlərini artıra bilər”.
O qeyd edib ki, prioritet xərclərin səmərəlilik meyarları üzrə qiymətləndirilməsi və təhlil edilməsi də vacibdir:
“Bu büdcədən ayrılan hər bir vəsaitin iqtisadi dəyərə təsirlərini qiymətləndirməyə imkan verərdi. 2025-ci ildə Əkin subsidiyasının verilməsi” üçün 290,0 milyon manat, tədarükçülərə təhvil verilən bitkiçilik məhsullara görə “Məhsul subsidiyasının verilməsi” üçün 72,0 milyon manat, yaş baramaya görə “Barama subsidiyasının verilməsi” üçün 1,1 milyon manat, süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam baş buzova görə “Heyvan subsidiyasının verilməsi” üçün 10,3 milyon manat və “Toxum subsidiyasının verilməsi” üçün 8,4 milyon manat vəsaitin ödənilib.
Cənab Preizdentin rəhbərliyi ilə keçirilən kənd təsərrüfatı ilə bağlı müşavirədə də dövlət başçımızın qeyd etdiyi vacib məqamlardan biri də subsidiya mexanizmi ilə bağlıdır. 2025-ci ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 7.6 miyard manat məhsual istehsal edilib. Bu ölkənin ümumi ÜDM-nin cəmi 5,9 faizini, qeyri-neft Ümumdaxili Məhsulunun isə 8,3 faizini təşkil edib.
 

Bu o deməkdir ki, aqrar sektordakı ÜDM nisbətən ayrılan subsidiyanın məbləği heç də az deyil. Deməli, büdcədən yalnız kənd təsərrüfatı deyil, bütün prioritet istiqamətlərə ayrılan vəsaitin səmərəlliyinin xüsusi meyarlar ilə qiymətləndirilməsinə ehtiyac var.


OECD tərəfindən qiymətləndirilməsi zamanı 10 beynəlxalq standart təklif olunur. Bununla yanaşı, büdcə icrası hesabatında xərclərinin gender, yaşılq iqtisadiyyat və s meyarlar qruplaşdırılıb təhlil edilməsi məqsədəuyğun olardı”.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 İyun 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri