Milli Məclisdə dibçəklərdə olan dekorativ ağaclara və güllərə aqrotexniki xidmətə bu qədər vəsait xərclənəcək
Icma.az, Pravda.az saytına istinadən bildirir.
2025-ci il üzrə Milli Məclisin (MM) İnzibati binalarında dibçəklərdə olan dekorativ ağaclara və güllərə aqrotexniki xidmətə 23 590 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, MM bu məqsədlə "Camella Service" MMC ilə müqavilə bağlayıb.
121 ədəd dekorativ ağaca və 157 ədəd dekorativ gülə aqrotexniki xidmət göstəriləcək.
Cabir Həsənov

