Icma.az
close
up
RU
Milli Məclisdə Ramiz Mehdiyev müzakirəsi: “O və silahdaşları cavab verəcək”

Milli Məclisdə Ramiz Mehdiyev müzakirəsi: “O və silahdaşları cavab verəcək”

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Deputat: "Ramiz Mehdiyev kimi dövlət hərisləri olsa da, onlar cənab Prezidentin "dəmir yumruğu" qarşısında çox acizdirlər”

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Gündəliyinə 7 məsələ daxil edilən toplantıda əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini və təkliflərini səsləndiriblər. Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, “iclasımız tarixi günün ildönümü ərəfəsində keçirilir”. “34 il əvvəl Azərbaycan müstəqilliyini elan etmişdir. İkinci dəfə ölkəmiz müstəqilliyini elan etmişdir. Lakin onun qorunub saxlanılması önəmli idi. Sərştəsiz dövlət idarəçiliyi torpaqlarımızın işğalına səbəb oldu, vətəndaş müharibəsi astanasına gəldik.  Amma Uçlu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dövlət quruculuğunda mühüm addımlar atıldı. 2025-ci ilin "Konstitusiya İli" elan edilməsi bir daha sübut etdi ki, Heydər Əliyevin ənənələri bu gün də davam edir”, - spiker qeyd edib.

Millət vəkilləti Prezident və Birinci vitse-prezidenti təbrik ediblər

S.Qafarova qeyd edib ki, “iz 44 günlük vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbə” qazanmışıq: “Bu gün Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyən, səsini eşitdirən ölkədir. Bu gün Füzuli, üç gün sonra isə Zəngilan şəhər günüdür. Artıq məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar, həmin ərazilərdə quruculuq işləri sürətlə aparılır.

“Təklif edirəm ki, müstəqilliyimizin ildönümü münasibəti ilə Prezident İlham Əliyev və birinci-vitse prezident  Mehriban Əliyevaya təbrik məktubları göndərək”, – deyə o qeyd edib. Deputatlar S.Qafarovanın təklifini dəstəkləyiblər və ölkə rəhbərliyinə təbrik ünvanlanıb.

Deputat: “Ramiz Mehdiyevin bu addımı Prezidentə və müstəqilliyimiz uğurunda canından keçən şəhidlərimizə ən böyük xəyanətdir”

İclasda bu günlərdə haqqında məhkəmə qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həbsi məsələsinə də toxunulub. Deputat Məlahət İbrahimqızı xatırladıb ki, bir neçə gündürmətbuatda əsas məsələ Səbail Rayon Məhkəməsində Ramiz Mehdiyevə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması maddələri ilə ittiham olunaraq onun haqqında  4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib: "Azərbaycan xalqı çox yaxşı bilir ki, Ramiz Mehdiyev kimi dövlət hərisləri olsa da, onlar cənab Prezidentin "dəmir yumruğu" qarşısında çox acizdirlər. Müstəqilliyin ilk illərində dövlət çevrilişi etmək istəyənlər də bunu bacarmadı və xalq Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdi".

“Ramiz Mehdiyevin bu addımı Azərbaycanı dünyada tanıdan cənab Prezident İlham Əliyev, o cümlədən azadlıq, müstəqilliyimiz uğurunda canından keçən şəhidlərimizə ən böyük xəyanətdir. Tarix bu günü unutmayacaq. Ramiz Mehdiyev və onun silahdaşları mütləq cavab verəcək”, - deyə İbrahimqızı vurğulayıb.

Millət vəkilindən xanım həmkarına irad: “Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır”

Millət vəkili Tənzilə Rüstəmxanlı çıxışında 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb. Xanım deputat Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə andığını vurğulayıb.

T.Rüstəmxanlının sözlərinə deputat Siyavuş Novruzov etiraz edib və həmkarının fikirlərində yalnışlıq olduğunu detyib: “Müstəqilliyə parlamentdə 271 nəfərin səs verib, həmin 43 nəfər isə referendum əleyhinə səs veriblər.  Müstəqillik başqa şeydir, referendum əleyhinə səs vermək başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. Həmin vaxt iclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verib”.

Spiker S.Qafarova isə deyib ki, çıxışlarda bəzi nöqsanlar olur: “Buradakı çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizinlə ayrı bir məsələni də danışacam”.

“Çox istərdim ki, Siyavuş Novruzov dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əlehyinə 10 il əvvəl danışıb tarix yazardı"

"Sahibə xanım mənim sizə çox böyük hörmətim var, amma buna cavab verməsəm olmaz. Çünki Siyavuş Novruzov məni saxtakar adlandırdı", - deyən T.Rüstəmxanlı S.Novruzovun ona etirazına cavab verib: "1991-ci ildə 7 mart iclası SSRİ-nin bərpa edilməsinə dair referendumun keçirilməsi ilə bağlı idi, Heydər Əlieyvin də təmsil olunduğu 43 nəfər həmin referendumun əleyhinə səs verdi. Mən onu vurğulamağa çalışıram. Mən bu prosesin içindəydim, qadınlarımız ön sırada idi. Mən çox istərdim ki, Siyavuş Novruzov dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əlehyinə 10 il əvvəl danışıb tarix yazardı".

S.Novruzov söz istəsə də, spiker bu mövzuların plenar iclasında müzakirəsini düzgün hesab etməyib.

Bundan sonra gündəlikdə olan qanun layihələrinin müzakirəsinə başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://ayna.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see186

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see175

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see165

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see148

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see147

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see147

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see143

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see139

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see136

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see132

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see132

Nəqliyyat naziri: Türkiyə gəmilərə təkrar hücumların qarşısını almağı hədəfləyir

30 Noyabr 2025 12:01see131

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see129

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see128

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see128

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see126

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri