Ramiz Mehdiyev o cəsarətin yiyəsi deyil
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində cəza hökmünün verilməsi, onun 14 il həbsə məhkum edilməsi (şərti hesab olunsa da) 88 yaşlı bir "boz kardinal" üçün, bir siyasət monstrı üçün, əslində, ən ağır cəzadır. Daha doğrusu, bu, elə ölüm cəzasına bərabər bir cəzadır. Ramiz Mehdiyev bunu başa düşsə, gedib özünü asar.
Ancaq başa düşsə də, o, özünü asmayacaq, intihar etməyəcək. Çünki Ramiz Mehdiyev o cəsarətin, o iradənin və o özünəhörmətin yiyəsi deyil. O, ömrünün qalan hissəsini bu 14 illik cəza hökmünün ağır yükü altında hər gün əzilə-əzilə yaşayacaq. Və uzun ömrün akkordlarını ən yeni tariximizin ən böyük siyasi bankrotu kimi başa vuracaq.
Bəli, Ramiz Mehdiyev müasir Azərbaycan tarixində ən uğursuz siyasi müflis kimi qalacaq. Onun aqibəti hər kəsə görk olmalıdır. 88 il yaşayan və öz siyasi ambisiyaları, yerə-göyə sığmayan hikkələri ucbatından sonda hər şeyindən məhrum olan, sıfırlanan sabiq baş məmur üçün bu, həqiqətən də böyük faciədir. Tarix Ramiz Mehdiyevi nankorluğun, etibarsızlığın, siyasi naxələfliyin və dövlətə xəyanətin bariz nümunəsi kimi xatırlayacaq.
Baxış sayı:73
Bu xəbər 28 Oktyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















