Icma.az
close
up
RU
“Ramiz Mehdiyev anti milli ünsürdür”

“Ramiz Mehdiyev anti milli ünsürdür”

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Yıxılan adama balta çalmaq mənim xarakterimə uyğun deyil. Mən sözümü hər hansı bir şəxs yüksək vəzifədə işləyəndə demişəm və deyirəm. Ramiz Ənvəroviç haqqında fikirlərimi də 2003 və 2005-ci illərdə həm dövrü mətbuatda, həm də televiziyada demişəm, onun cinayətkar olduğunu bildirmişəm. Nə qədər milli, vətənpərvər, dövlətsevər insan varsa, Ənvəroviç və komandası tərəfindən çıxdaş edilib, iş-gücsüz qoyulub, onlara əziyyətlər veriblər. İşdən çıxarıblar, həbs etdiriblər, sürgün həyatı yaşadıblar, mülklərinə əl qoyublar və s. Bu baxımdan Ənvəroviç cinayətkar, anti-milli ünsürdür”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Deportasiya Qurbanları Cəmiyyətinin (DQC) sədri, “İrəvan” qəzetinin baş redaktoru Köçəri Nağıbəyli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən danışarkən deyib.
Köçəri Nağıbəyli iddia edir ki, Ramiz Mehdiyev və komandası uzun illər FETÖ kimi fəliyyət göstərib: “Bunlar Azərbaycandakı hər cür pisliklərdə iştirak ediblər. Yaxşı ki, dövlət bunlardan xilas edildi”.
DQC sədri bildirib ki, Ramiz Mehdiyev çox evlər yıxıb, çoxlu sayda vətənpərvər insanları, ziyalıları məhv etməyə çalışıb:
“Hesab edirəm ki, Ənvəroviçin mal-mülki müsadirə olunmalı, zamanında maddi və mənəvi ziyan vurduğu insanlara kompensasiya şəklində ödənməlidir.

K. Nağıbəyli
Ənvəroviç şəxsən məni 30 il işsiz qoyub, başqa yerlərdə işləmək imkanlarımı bağlayıb. Təsəvvür edin ki, Qərbi Azərbaycan mövzusunda tədbir keçirməyimə görə, məni işdən çıxardırıb, daha sonra olmazın təzyiqlərinə məruz qoyub. Mənim kimi on minlərlə insanın haqqına girib, qanunsuz olaraq işdən çıxartdırıb, həbs etdirib. Mehdiyevin qanunsuz əldə etdiyi milyardlar və çoxsaylı mülklər müsadirə edilməklə bu şəxslərə kompensasiya kimi ödənməlidir. Hər halda belə bir addım ədalətin bərpası baxımından müsbət olardı”.
K. Nağıbəylinin iddiasına görə, R. Mehdiyev həm də türkçülüyün, türk millətçilərinin düşməni olub: “Xanımı erməni olan bu insan uzun illər vətənini sevən, dövlətinin güclü olmasını istəyən insanlara qarşı şər-böhtan kampaniyası aparıb, onlara ziyan vurub. Hesab edirəm ki, təkcə Ənvəroviç deyil, onun komandası, üzdə və gizli olanların hamısı həbs edilməli və cəzalandırılmalıdır. Bu komanda milli insanların vətənini və dövlətini sevməməsi üçün əllərindən gələni ediblər. Onların arasında keçmiş nazirlər, məmurlar və digərləri də var. Bu şəxslərin cəzalandırılması həm də haqqın bərpası baxımından vacibdir”.
DQC sədri deyib ki, bir zamanlar onları xəyanətdə ittiham edənlər, indi özləri xəyanətdə və zorakılıqda ittiham olunurlar: “Bu göstərir ki, indiyə qədər apardığımız mübarizə millət, vətən və dövlətin inkişafı baxımından doğrudur”.
K. Nağıbəyli sonda əlavə edib ki, R. Mehdiyevin həbs etdirdiyi bütün şəxslərə bəraət verilməlidir.
Nemət ORUCOV
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri