Icma.az
close
up
RU
Milli Məclisdə “Springer Nature” nəşriyyatının vitse prezidenti ilə görüş keçirilib Professordan açıqlama

Milli Məclisdə “Springer Nature” nəşriyyatının vitse prezidenti ilə görüş keçirilib Professordan açıqlama

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Bu gün Milli Məclisdə “Springer Nature” nəşriyyatının vitse-prezidenti Aliaksandr Birukou ilə görüş keçirilib. Görüş barədə məlumatı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov öz "Facebook" səhifəsində paylaşıb.

Komitə sədri bildirib ki, görüş zamanı müasir Azərbaycan dövlətinin əldə etdiyi uğurlardan və bu uğurların qazanılmasında alimlər üçün yaradılan imkanlardan bəhs olunub. Həmçinin, dünya elminin çağdaş yeniliklərində azərbaycanlı alimlərin rolunun artırılması və onların beynəlxalq elmi nəşrlərə çıxış imkanlarının asanlaşdırılması məsələləri müzakirə olunub.

Görüşdə iştirak edən UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov aparılan müzakirələri yüksək qiymətləndirib.

Professor qeyd edib ki, Milli Məclisin komitə sədri Sadiq Qurbanov elmi mühitlə dövlət siyasəti arasında praktik körpü rolunu oynayan millət vəkillərindən biridir: "Onun təşəbbüsü ilə keçirilən elmi tədbirlərdə parlament nümayəndələrinin, sahə ekspertlərinin və dövlət qurumlarının iştirakı təmin olunur. Bu yanaşma elmi müzakirələrin praktik nəticələrə çevrilməsinə və qərar qəbuletmədə elmi əsasların güclənməsinə şərait yaradır. Dosent Sadiq Qurbanov bu baxımdan seçilən simalardan biridir. Milli Məclisdə komitə sədri kimi məsuliyyətli vəzifə daşımasına baxmayaraq, elmi mühitin canlandırılması, elmi diskussiyaların təşviqi və gənc alimlərin fəallaşdırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir."

Zahid Məmmədov əlavə edib ki, dosent S. Qurbanovun təşəbbüsü və dəstəyi ilə son illərdə müxtəlif mövzularda respublika və beynəlxalq səviyyəli elmi konfranslar, seminarlar və dəyirmi masalar təşkil olunub. Bu tədbirlərin əsas məqsədi elmi biliklərin paylaşılması, innovativ yanaşmaların müzakirəsi və akademik cəmiyyətin aktual problemlər ətrafında səfərbər edilməsidir : "Xüsusilə 'yaşıl iqtisadiyyat' və ekologiya siyasəti mövzularında keçirilən tədbirlər geniş elmi ictimaiyyətin marağına səbəb olub."

Sonda professor Zahid Məmmədov vurğulayıb: "Dosent Sadiq Qurbanovun Milli Məclisdə komitə sədri kimi yüksək vəzifə daşımasına baxmayaraq, elmi fəaliyyətə olan marağı, təşəbbüskarlığı və təşkilatçılığı onun elmə və təhsilə strateji yanaşmasının, Azərbaycan elminin inkişafına, cəmiyyətin maariflənməsinə və dövlət siyasətində elmi biliklərin rolunun artmasına verdiyi əhəmiyyətli töhfələrin göstəricisidir."

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri