Icma.az
close
up
RU
BDU əməkdaşları “Springer Nature”nin nəşr imkanları barədə məlumatlandırılıb

BDU əməkdaşları “Springer Nature”nin nəşr imkanları barədə məlumatlandırılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “Springer Nature” nəşriyyatının genişləndirilmiş Şərqi Avropa üzrə vitse-prezidenti Aliaksandr Birukou ilə professor-müəllim heyətinin və gənc tədqiqatçıların görüşü keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Aliaksandr Birukou məruzəsində “Springer Nature”nin beynəlxalq nəşr imkanları, Azərbaycandakı tədqiqatçılar üçün təqdim edilən açıq giriş (Open Access) təşəbbüsləri haqqında ətraflı məlumat verib. “Springer Nature”nin hər il 1,5 milyondan çox məqalə qəbul etdiyi, 410 mindən çox elmi məqalə yayımladığı, 2,9 milyarddan çox məzmun yüklədiyi iştirakçıların diqqətinə çatdırılıb. Açıq girişin müəlliflər üçün daha faydalı olduğu və elmi kəşflərin cəmiyyətə sürətli çatmasını təmin etdiyi vurğulanıb. Konfrans materiallarının “Springer Nature” tərəfindən vacib nəşr forması kimi dəstəkləndiyi bildirilib.

Qeyd olunub ki, “Springer Nature” nəşriyyatında Azərbaycandan olan tədqiqatçılar üçün 50% APC (məqalə ödəniş haqqı) endirim imkanı mövcuddur. Azərbaycanda “Springer Nature” nəşrlərində daha çox iştirak üçün xüsusi buraxılışlar və beynəlxalq konfranslardan çıxış materiallarının dərc olunması təşviq edilir. Təqdimatda “Springer Nature”nin dünyanın ən böyük elmi kitab nəşriyyatlarından biri olduğu vurğulanıb və kitab nəşri prosesi izah edilib.

Təqdimatın sonunda dil baryerinin aradan qaldırılması üçün avtomatik tərcümə xidmətləri və elmi nəşrdə AI/NLP texnologiyalarının rolu haqqında danışılıb və professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri