Icma.az
close
up
RU
AMEA “Springer Nature” nəşriyyatı ilə əməkdaşlıq əlaqələri qurur

AMEA “Springer Nature” nəşriyyatı ilə əməkdaşlıq əlaqələri qurur

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli “Springer Nature” nəşriyyatının genişləndirilmiş Şərqi Avropa üzrə vitse-prezidenti Aliaksandr Birukou ilə görüşüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Görüşdə çıxış edən akademik İsa Həbibbəyli bu il Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinin tamam olduğunu bildirib. O, AMEA-nın ötən müddət ərzində ölkəmizin inkişafında, elmin cəmiyyətin bir parçasına çevrilməsində mühüm rol oynadığını söyləyib. Azərbaycan elmində həyata keçirilən islahatlar barədə qonağa məlumat verən akademik İsa Həbibbəyli bu gün AMEA-da humanitar və ictimai elmlər, eləcə də seysmologiya istiqamətində tədqiqatların aparıldığını söyləyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, son illərdə Azərbaycan elminin beynəlxalq elmi mühitdə daha fəal şəkildə təmsil olunması prioritet istiqamətlərdən biridir və “Springer Nature” nəşriyyatı ilə əməkdaşlıq bu sahədə fəaliyyətə mühüm töhfə verə bilər. AMEA rəhbəri xüsusilə alimlərimizin monoqrafiya və elmi məqalələrinin “Springer Nature” kimi nüfuzlu nəşriyyatda çapının Azərbaycan elminin dünyada nüfuzunun artması, elmi tədqiqatlarımıza istinadların çoxalması baxımından faydalı olacağını vurğulayıb.

İsa Həbibbəyli elmi məqalələrlə yanaşı, AMEA-nı tanıtdıracaq elmi-populyar kitabın və dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair monoqrafiyanın “Springer Nature” nəşriyyatında çapına dair fikir mübadiləsi aparıb.

Aliaksandr Birukou isə təmsil etdiyi qurum barədə məlumat verib. Qeyd edib ki, nəşriyyat tərəfindən açıq giriş (Open Access) imkanları ilə həm müəlliflərin, həm də oxucuların məqalələrə, nəşrlərə əlçatanlığına şərait yaradılır və elmin cəmiyyətdə nüfuzunu qoruması təmin edilir. O, həmçinin nəşriyyatın imkanları, jurnallara məqalələrin qəbulu və monoqrafiyaların çapına dair tələblər barədə bir sıra vacib məqamları diqqətə çatdırıb.

Görüşdə humanitar və ictimai elmlər sahəsində birgə fəaliyyət imkanlarına dair geniş müzakirələr aparılıb.

Sonra qonağa hədiyyələr təqdim olunub.

Daha sonra “Springer Nature” nəşriyyatının rəsmisi AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri