Milli Məclisdə təklif: Azərbaycan Qazaxdan və Sədərəkdən İrəvana gedən dəmir yolunu bərpa etsin
Icma.az, Olke.az saytına istinadən bildirir.
"Qanunvericiliyə əsasən Azərbaycanla Ermənistan arasındakı 44 günlük savaş Vətən müharibəsi kimi tanınır. Konsititusiyaya görə sülh sazişinin imzlanması üçün Milli Məclisin razılığı lazımdır. Artıq ötən ilin avqust ayında ilkin sülh sazişi imzalanıb, həm də sülh sazişi paraflanıb. Ona görə də sülh sazişinin Parlamentdə müzakirə olunmasına ehtiyac var. Ona görə də bunun işlər planına daxil edilməsini təklif edirəm".
Ölkə.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib.
O əlavə edib ki, hazırda Ermənistana Azərbaycan üzərindən yüklər daşınır, Azərbaycan özü Ermənistana yanacaq satır: "Məhz Prezidentin sülhə, regional təhlükəsizliyə verdiyi töhfəyə görə O, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb ki, bu günlərdə də onun təntənəli təqdimat mərasimi olacaq”.
Deputat əlavə edib ki, bu gün Ermənistana yüklər Azərbaycan üzərindən daşınır. "Hesab edirəm ki, Azərbaycandan da Ermənistana Qazaxdan keçən, o cümlədən də Sədərəkdən İrəvana gedən dəmir yol xəttini biz özümüz bərpa edə bilərik",- o qeyd edib.
Deputat onu da vurğulayıb ki, hazırda Türkiyə ilə Ermənistan arasında da mart ayına qədər yolların açılmasından söhbət gedir: "Naxçıvanın sürətli inkişafını təmin etmək üçün Naxçıvana dəmir yolu xətti olmalıdır, dəmir yolu ilə yüklər daşınmalıdır və biz də Ermənistan üzərindən Naxçıvana yük daşıya bilməliyik. Zəngəzur dəhlizinin, yəni TRİPP layihəsinin həyata keçirilməsi üçün cənab Prezident söylədi ki, 3 il vaxt lazımdır. Bundan başqa, Qarsdan, yəni Türkiyədən Naxçıvana çəkilən dəmir yol xətti də elə təqribən bu qədər vaxt alacaq. Amma biz Ermənistanla dəmir yol xəttini qısa bir müddətdə bərpa edə bilərik və düşünürəm ki, hökumət bu istiqamətdə müəyyən addımlar atmalıdır.
Bundan başqa, Azərbaycan Ermənistanda sülh sazişinin imzlanmasına sadiq olan indiki hakimiyyətə öz dəstəyini ifadə edib. Əslində, bu xətlərin açılması, onlara yanacaq satılması imkan verir ki, Ermənistanda həm də yanacağın qiyməti aşağı düşsün, özü də əhəmiyyətli dərəcədə, 15 faizdən 20 faizə qədər. Əgər belə bir işlər görülürsə, o zaman düşünürəm ki, biz Ermənistandan tələb edə bilərik ki, Ermənistan əgər öz üzərinə öhdəlik götürərsə ki o, gələcəkdə öz Konstitusiyasını dəyişəcək və orada Azərbaycana qarşı ərazi iddiası kimi qəbul olunan müddəaları çıxaracaq, onda biz Konstitusiya dəyişikliyini gözləmədən Ermənistandakı növbəti seçkilərə, yəni bu ilin iyun ayına qədər sülh sazişini imzalaya bilərik. Bu da, əslində, sülhə və sülhpərvər qüvvələrin Ermənistan dövlətini və xalqını təmsil etməsinə geniş imkanlar yaradar”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 02 Fevral 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















