Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Milli Məclisdən İsveçrə Parlamentinin təklifinə MÜNASİBƏT

Milli Məclisdən İsveçrə Parlamentinin təklifinə MÜNASİBƏT

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Respublikasının Milli Məclisi bu il dekabrın 17-də İsveçrə Parlamentinin aşağı palatası olan Milli Şuranın iclasında mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq sülh forumunun təşkili ilə bağlı müzakirələr aparılmasından və Azərbaycanın bu bölgəsindən könüllü köçmüş erməni milliyətli sakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədi ilə ölkə hökumətini belə bir konfrans keçirməyə çağırmaq təklifinin qəbul edilməsindən təəssüfləndiyini bildirir". 

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin İsveçrə Parlamenti Milli Şurasının təklifinə münasibətində deyilir.

"İsveçrə Milli Şurasının ermənipərəst üzvləri bilməmiş deyildirlər ki, Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquqla tanınmış və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bir sıra qətnamələri və digər beynəlxalq qurumların sənədləri ilə təsbit olunmuşdur. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsinin yekunu olaraq ölkəmizin bu ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına birdəfəlik son qoyulmuş, ötən ilin sentyabrında bir günlük antiterror əməliyyatı nəticəsində isə ərazidə Azərbaycanın dövlət suverenliyi bərpa olunmuşdur.  Azərbaycana ölçüyəgəlməz dərəcədə böyük ziyan vuran silahlı təcavüz artıq geridə qalmışdır. Qəddarcasına etnik təmizləmə yolu ilə doğma torpaqlarından qovulmuş azərbaycanlı məcburi köçkünlərin geri dönməsinə şərait yaranmışdır. İşğal dövründə vəhşicəsinə viran qoyulmuş torpaqların bərpası və reinteqrasiyası üçün hazırda Azərbaycan dövləti tərəfindən intensiv işlər həyata keçirilir.

Bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün ikitərəfli danışıqlar aparılır və artıq müəyyən nəticələr də vardır. Aydın məsələdir ki, hər hansı beynəlxalq  təşəbbüs və hərəkətlər obyektiv olmalı, regionda mövcud reallıqlara, habelə suverenliyi və ərazi bütövlüyünü nəzərdə tutan hüquqi çərçivələrə uyğun gəlməlidir. Tərəflərin iradəsini saya salmayan və onlarla razılaşdırılmayan təşəbbüs və hərəkətlər normallaşma prosesini poza bilər.

Təəssüf doğuran məqamlardan biri də budur ki, erməni milliyətli sakinlərin Qarabağı könüllü surətdə tərk etməsi barədə absurd fikirlər səsləndirən,  Azərbaycanı etnik təmizləmədə, mədəni irsin dağıdılmasında ittiham edən İsveçrə Milli Şurasının ermənipərəst üzvləri XX əsrin 80-ci illərinin sonlarında, Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı təcavüzü ərəfəsində, eləcə də daha əvvəlki dövrdə bu ölkədəki ata-baba yurdlarından zorla qovulmuş və ya deportasiya edilmiş yüz minlərcə azərbaycanlının hüquqları barəsində susmağa üstünlük vermiş, 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin yerlə yeksan edilməsinə, milli, mədəni və tarixi mirasının dağıdılmasına, 750 min azərbaycanlının öz vətənində didərgin salınmasına münasibət bildirməmişlər. Əksinə, erməni maraqlarının müdafiəsi naminə onlar İsveçrənin neytrallıq statusuna etinasızlıq göstərməyi, İsveçrə dövlətinin Azərbaycan barəsində siyasətini başqa istiqamətə yönəltməyə cəhd etməyi belə özlərinə rəva görürlər. İkili standartların ifadəsi olan bu cür qərəzli mövqe tamamilə yolverilməzdir.

Azərbaycan Respublikasının Milli Məclisi bunu da vurğulamağı zəruri sayır ki, İsveçrə Milli Şurasının 80 nəfər üzvünün təqdim edilmiş təklifin əleyhinə səs verməsi, 16 nəfərin isə bitərəf qalması, təklifin 96 səslə qəbul edilməsi Milli Şurada Cənubi Qafqaz bölgəsində cərəyan edən prosesləri obyektiv qiymətləndirən, Azərbaycana ədalətli münasibət bəsləyən sağlam düşüncəli deputatların da olduğunu göstərir. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir.

Azərbaycan parlamenti İsveçrə hökumətinin məsələ ilə bağlı obyektiv mövqeyini qiymətləndirir. Hesab edirik ki, bu ölkənin xarici işlər naziri İqnasio Kassisin hökumət adından deputatlara sözügedən təklifi rədd etməyi tövsiyə etməsi İsveçrə dövlətinin ərazi bütövlüyü və suverenlik prinsiplərinə sadiq olduğunu, özünün neytrallıq statusu ilə beynəlxalq hüquqa sadiqliyi arasında tarazlığı gözlədiyini nümayiş etdirir.

İsveçrə Milli Şurası tərəfindən qəbul edilmiş təklifin Kantonlar Şurasının müzakirəsinə də çıxarılacağını nəzərə alaraq, Milli Məclis Parlamentin yuxarı palatasının üzvlərini məsələyə birtərəfli yanaşmadan çəkinməyə və Azərbaycan ilə İsveçrə arasında münasibətlərə zərbə vura biləcək təklifi rədd etməyə çağırır.

Azərbaycan Respublikasının Milli Məclisi beynəlxalq birliyin bütün üzvlərini Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik yaradılması səylərinə mane ola biləcək təşəbbüs və hərəkətlərə yol verməməyə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət bəsləməyə səsləyir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri