Icma.az
close
up
RU
Menu

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Milli Məclisdən tətilə, yoxsa?

Milli Məclisdən tətilə, yoxsa?

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bir vaxtlar parlamentdə təmsil olunan şəxslər Milli Məclisin VII çağırışında mandat əldə edə bilmədilər. Onlardan bəzisi seçilmədi, digərləri isə ümumiyyətlə, seçkiyə qatılmadı. Başqa bir kateqoriya da yarandı - özü parlamentdə oturmasa da, ailə üzvləri onların dairəsindən mandat qazana bildi.

Sabiq deputatların hazırda nə işlə məşğul olması isə bir çoxunun marağına səbəb olur. Onların arasında siyasi fəaliyyətini davam etdirənlər də, özünü pedaqoji sahəyə, yaradıcılığa yönləndirənlər də var.

“Qafqazinfo” VI çağırış Milli Məclisin deputatları arasında kiçik sorğu keçirib, onların necə deyərlər, harada işlədiyi ilə maraqlanıb. 

V və VI çağırışda parlamentdə təmsil olunan Tahir Kərimli saytımıza açıqlamasında bildirib ki, hazırda əsas işi sədri olduğu “Vəhdət” Partiyası ilə əlaqədardır, amma kifayət qədər boş vaxtı da olur: “Əlbəttə deputatlıqdan çıxdıqdan sonra bir sıra məsələlər baş verdi. Məsələn, deputat olanda partiyamız dövlət vəsaiti alırdı. Bu, müəyyən ştatın və rayon şöbələrinin saxlanılmasına kömək olurdu. Vəsait kəsiləndən sonra, təbii ki, yeni şəraitə uyğunlaşmaq lazım gəldi. Demək olar ki, bu məsələləri həll etmişik, partiyamızı tərk edən yoxdur. Qısaca desək, partiya işləri ilə məşğulam, ara-sıra müsahibələr verirəm. Düzü, müsahibə verməyə elə də maraqlı deyiləm. Hazırda rayondayam, amma Bakıya qayıdacağam. Yəni həm paytaxtda, həm də rayonda oluram. 1 ay ərzində 3 roman oxumuşam. Əvvəllər bədii qiraətə vaxt olmurdu, indi müatiləyə və ailəyə daha çox zaman ayırmaq olur”.

6 çağırış deputatı olub, bu dəfə isə əvəzinə qızı Günay Ağamalı millət vəkili seçilən Fəzail Ağamalı da rəhbəri olduğu “Ana Vətən” Partiyasına sədrliyi davam etdirir: “Aktiv olmasa da, siyasi proseslərin içərisindəyəm. Bununla yanaşı, həm də özümün və ailəmin şəxsi qayğıları ilə məşğul oluram. Əsasən ölkə daxilində oluram, səhhətimlə, müayinəmlə əlaqədar Türkiyəyə gedirəm. Əslində elə partiya sədri kimi aktiv siyasətin içindəyəm. Milli Məclis geniş bir fəaliyyət sahəsidir. Əlbəttə, siyasi partiya işi ilə parlamenti müqayisə etsək, Milli Məclisdə fəaliyyət daha əhatəli, aktiv özünü göstərirdi. Hazırda partiyamızı parlamentdə Günay xanım təmsil edir. “Ana Vətən” Partiyası Yeni Azərbaycan Partiyası ilə birlikdə Milli Məclisdə I çağırışdan təmsil olunan partiyadır. Bu gün Günay xanım artıq Milli Məclisdə özünü ifadə etməyi bacarır. Plenar iclas və komitə toplantılarında zəruri olduqda fikirlərini ortaya qoyur. O, artıq böyük siyasətə doğru ciddi addımları atmaqdadır. Passivliyi yoxdur və yersiz aktivliyi də görünmür”.

Budəfəki parlament tərkibində ailə üzvü təmsil olunan eks-deputatlardan biri də Sabir Rüstəmxanlıdır. Ötən il onun yerinə həyat yoldaşı Tənzilə Rüstəmxanlı mandat qazana bilib. S.Rüstəmxanlı isə partiya işləri ilə yanaşı, bədii yaradıcılığa da vaxt ayırdığını qeyd edir: “Ömür boyu nə işlə məşğul olmuşamsa, heç bir dəyişiklik yoxdur. Yazı-pozu, kitablarımı çap etdirirəm və ədəbi prosesdə iştirak edirəm. Bir sözlə, şair ömrü necə olmalıdır? Düzü, heç şair ömrü yaşadıqmı ki? Gənclik illərində qayğılardan başımız açılmadı, sonra da siyasət, müstəqillik uğrunda gedən mübarizələr başımızı qarışdırdı. İndi-indi başım açılır ki, ədəbi fəaliyyətimlə məşğul olum. Siyasətdən geri çəkilməmişəm, partiyada işimi davam etdirirəm. Amma partiyada elədir ki, iş o qədər çətin deyil”.

Sadəcə bir çağırışda Milli Məclisdə təmsil olunan Etibar Əliyev ictimai əsaslarla UNEC-in nəzdində Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri kimi çalışır: “Hələlik pedaqoji fəaliyyətlə məşğul deyiləm, lakin fəlsəfə üzrə fəlsəfə doktoruyam, bir neçə kitabın müəllifiyəm. Lakin ehtimal edirəm ki, ali məktəblərə fəlsəfə və etika fənninin tədrisi üçün müraciət edəcəyəm. Yəqin ki, ali məktəblər nəzərə alarlar və mən öz pedaqoji fəaliyyətimlə məşğul olaram. Xeyli siyasətçilər var. Mən 2020-ci ildə deputatlığa seçiləndə aktiv siyasətçi olmamışam. Kimsə deputat statusunu qazanırsa, dərhal deyirlər ki, siyasətçidir. Siyasət çətin elmlərdən biridir. Elə bir situasiya yaranır ki, istər-istəməz siyasət çevrəsinə daxil olursan. Amma insanların şəxsi peşəsi var, biri pedaqoq, biri həkim, biri iqtisadçıdır. Mən həmişə öz peşəmin çevrəsində olmuşam”.

Dörd çağırış deputatı Rüfət Quliyev də elmlə məşğul olduğunu deyir: “Kitablar yazıram, məsləhətlər verirəm, elmlə məşğulam. İki-üç nəfər doktorluq dissertasiyası yazanlar var, onların elmi rəhbəri, məsləhətçisiyəm. Həmçinin “CBC” telekanalında iki verilişim var. Həftədə 35-40 saatlıq iş rejimim var. Asudə vaxtlarımda isə ya kitab oxuyuram, ya da filmə baxıram”.

Sonuncu seçkiyə qədər dörd çağırış deputat olan Vahid Əhmədov Milli Məclisdə etdiyi çıxışlar və təkliflərlə daim gündəmdə olub. İxtisasca iqtisadçı olan V.Əhmədovun hazırda hansı fəaliyyət sahəsi ilə məşğul olduğunu öz dilindən öyrənə bilməsək də, deyə bilərik ki, o, mediada aktual mövzularla bağlı ekspert kimi fikirlərini bildirir. Mütəmadi olaraq Türkiyəyə gedib-gələn sabiq deputat səhhətinin pis olması ilə bağlı yayılan informasiyaları təkzib edib.

V.Əhmədovun adı zaman-zaman oğlu ilə bağlı da çəkilir. Belə ki, Qaradağ rayon prokuroru işləyən Zəfər Əhmədov ötən ay Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilib.

Söhbətləşdiyimiz millət vəkillərindən başqa, təyinatı göz qabağında olanlar da var. Belə ki, seçkidən sonrakı müddətdə bir neçə deputat müxtəlif vəzifələrə təyinat alıb. 

Jalə Əhmədova hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışır. O da sadəcə bir çağırışda parlamentdə təmsil olunub.

Dörd çağırış deputatı və VI çağırışda isə vitse-spiker olan Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Yalnız bir çağırışda millət vəkili olan Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindədir. 

İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi fəaliyyətini davam etdirir. İ.Həbibbəyli isə dörd çağırışda parlamentdə təmsil olunub.

Bir çağırış deputatlarından olan Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur.

Bəxtiyar Sadıqov isə “Azərbaycan” qəzetinin baş redaktorudur. O, beş çağırış Milli Məclisdə təmsil olunub. 

Bununla yanaşı, Milli Məclisə digər səbəblərdən vida edənlər də var. Məsələn, həbs, ölüm kimi...

2021-ci ildə polis əməkdaşına xəsarət yetirmə ittihamı ilə həbs edilən eks-deputat Eldəniz Səlimov bu il fevralın 3-də azadlığa buraxılıb. O isə V və VI çağırışda millət vəkili ola bilib. 

Fəttah Heydərov pandemiya ərəfəsində - 2020-ci ilin avqustunda həyatla vidalaşıb. 82 yaşlı millət vəkili xəstəlikdən əziyyət çəkirmiş.

75 yaşlı Madər Musayev 2023-cü ilin 14 iyulunda ağciyər və böyrək çatışmazlığından dünyasını dəyişib.

Qənirə Paşayeva isə naməlum mənşəli hipotonik vəziyyət diaqnozu ilə həmin ilin 23 sentyabrında xəstəxanaya yerləşdirilib. 48 yaşlı  deputat 5 gün sonra orada vəfat edib.

Parlamentin VII çağırışında təmsil olunmayanlar siyahısında Vasif Talıbov, Oqtay Əsədov, İqbal Məmmədov kimi adlar da var.

27 il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, 29 il isə Milli Məclisin deputatı olan Vasif Talıbovun sədr kimi istefasından öncə ailə üzvlərinin adında olan bir sıra holdinq və şirkətləri əllərindən çıxıb. Hazırda isə onun hansı işlə məşğul olması ilə bağlı məlumat yoxdur.

15 il parlamentə sədrlik edən Oqtay Əsədov sonuncu növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyənlərdəndir.  Onun vəzifə pilləsində enişi 2020-ci ildə yenidən sədr postuna seçilməməsi ilə başladı. Barəsində təfərrüatlı məlumat əldə etmək mümkün olmasa da, səhhəti ilə əlaqədar olaraq Əsədovun daha çox Türkiyədə olduğu bildirilir.

2022-ci ildə 10 milyon manatadək vergi borcu olan və onun 8 milyon manatdan çoxunu 15 günün içində ödəyən İqbal Məmmədov da bu dəfə parlamentari ola bilməyib. Onun da hazırda harada və nə işlə məşğul olması ilə bağlı informasiya əldə etmək alınmayıb.

İ.Məmmədov bir neçə il əvvəl gündəmə sahibi olduğu “Relax” istirahət mərkəzində düşən dava ilə gəlmişdi. Belə ki, onun oğlu və qardaşı oğlu Dövlət Vergi Xidmətinin əməkdaşlarına hücum etdiklərinə görə məsuliyyətə cəlb edilmişdilər. Bu, siyasətçinin imicinə ciddi zərbə vurub. 

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 May 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see246

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see235

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see231

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see188

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see180

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see180

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see176

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see176

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see172

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see171

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see165

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see165

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see164

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see163

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see161

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see159

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see158

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see151

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see149

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri