Milli Məclisdən vitse spikerə töhmət verilməsi məsələsinə Reaksiya
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynovun parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP-nin vitse-spikerə töhmət verməsi ciddi müzakirələrə səbəb olub.
Hətta partiyanın vitse-spikerə töhmət verməsi ilə bağlı Rafael Hüseynovun bu gün VHP-dən istefa verəcəyi gözlənilir.
Maraqlıdır, məsələyə Milli Məclisin İntizam Komissiyasının reaksiyası necədir?
Parlamentin İntizam Komissiyasının sədr müavini Asim Mollazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Komissiya bununla bağlı heç bir addım atmağı planlaşdırmır: “Bu, partiyadaxili məsələlərdir, Milli Məclisdəki fəaliyyətə aidiyyəti yoxdur. İntizam Komissiyası təbii ki, heç bir addım atmayacaq”.
Xatırladaq ki, sözügedən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfrans dekabrın 8-də keçirilib.
İclasda çıxış edən VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı 4 dəqiqəlik reqlament vaxtını keçdiyi üçün vitse-spiker Rafael Hüseynov onun sözünü yarıda kəsib. Partiya sədri isə buna etirazını bildirib və qeyd edib ki, bu, hörmətsizlikdir.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 12 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















