Icma.az
close
up
RU
Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda müzakirə edilib

Dekabrın 2-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyinə 6 məsələnin daxil edildiyini bildirib. İclasda 2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda müzakirə olunub.

Qeyd edək ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat məbləğində proqnozlaşdırılıb. Gəlirlərin 22,2 milyard manatı və ya 57,4 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaq və bu, cari illə müqayisədə 2,1 milyard manat və ya 10,6 faiz çoxdur. Qeyri-neft sektorundan gəlirlərin 13,3 milyard manatını vergi orqanlarının, 6,9 milyard manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 1 milyard manatını büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar, 531 milyon manatını sair daxilolmalar, 450 milyon manatını isə dividentlər təşkil edəcək.

Neft-qaz sektorundan gəlirlər isə 16,4 milyard manat və ya büdcə gəlirlərinin 42,6 faizi məbləğində proqnozlaşdırılır. Cari illə müqayisədə cəmi vergi orqanlarının xətti ilə daxilolmalar 9,1 faiz, gömrük rüsumları və idxala vergi daxilolmaları 4 faiz, ödənişli xidmətlər üzrə daxilolmalar 16 faiz, digər daxilolmalar isə 9,6 faiz çox olacaq.

2026-cı ildə büdcə kəsiri 3,1 milyard manat məbləğində proqnozlaşdırılır. Büdcə kəsiri özəlləşdirmədən daxilolmalar, dövlət borclanması və vahid xəzinə hesabının qalığı ilə maliyyələşdiriləcək.

Verilən məlumata görə, növbəti ildə “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına büdcə xərclərinin 8,4 faizinə bərabər, yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaq. Müdafiə və milli təhlükəsizlik məqsədilə dövlət büdcəsi xərclərinin 21 faizi həcmində və ya 8,7 milyard manat məbləğində vəsait nəzərdə tutulur və bu, cari illə müqayisədə 319 milyon manat çoxdur. 2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-cü ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlərə, təqaüdlərə və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır.

Bununla yanaşı, 2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaq ki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. Bütövlükdə, gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaq. Təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaq. Gələn il əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılır.

Növbəti ildə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün dövlət büdcəsindən 1,2 milyard manat vəsait ayrılacaq. Kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 faizi və yaxud 513 milyon manatı ərzaq təhlükəsizliyi tədbirlərinə yönəldiləcək. Bu xərclərin 40 faizi və ya 490 milyon manatı torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, 18 faizi və ya 219 milyon manatı isə baytarlıq və digər kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulur.

2026-cı ildə qeyri-neft sektorunda investisiyaların və iqtisadi artımın dəstəklənməsi, o cümlədən enerji, qaz, su təchizatı, nəqliyyat, kənd təsərrüfatı, meliorasiya təyinatlı infrastrukturun, sosial-mədəni və digər layihələrin maliyyələşdirilməsi üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2,7 milyard manat nəzərdə tutulur.

Növbəti ildə, habelə dövlətimizin beynəlxalq aləmdə mövqeyinin qorunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün də müvafiq təxsisatlar ayrılıb. Belə ki, ölkəmizin 85 diplomatik nümayəndəliyinin xərcləri 215 milyon manata çatdırılıb. Habelə, beynəlxalq təşkilatlara üzvlük haqları, səhm kapitalında iştirak etdiyimiz beynəlxalq maliyyə institutları qarşısında öhdəliklərin qarşılanması üçün 62 milyon manat, beynəlxalq tədbirlərin ölkə daxilində və xaricində keçirilməsi üçün 246 milyon manat vəsait proqnozlaşdırılır.

Gələn il üçün dövlət büdcəsinin yerli xərcləri 759 milyon manat həcmində proqnozlaşdırılır. Görülən tədbirlər nəticəsində regionların dövlət büdcəsindən asılılığının aradan qaldırılması tendensiyası öz tempini qoruyur. Növbəti ildə cəmi 1 rayon üçün dotasiyanın ayrılmasına ehtiyac olacaq. 2026-cı il üçün bələdiyyə büdcələrinə 13,5 milyon manat vəsait nəzərdə tutulur.

İcmal büdcəsinə gəlincə, növbəti il üçün icmal büdcənin gəlirləri 45 milyard manat, xərcləri 48,8 milyard manat, kəsiri isə 3,9 milyard manat məbləğində proqnozlaşdırılır. 2026-cı il üçün Dövlət Neft Fondunun büdcəsinin gəlirləri və xərcləri eyni səviyyədə, 13 milyard manat məbləğində nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 8,3 milyard manat, xərcləri 8,5 milyard manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 2 milyard manat, xərcləri 2,6 milyard manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 238 milyon manat, xərcləri 266 milyon manat təşkil edəcək. Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483 milyon manat məbləğində olacaq.

Müzakirələr zamanı çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Azərbaycan müharibədən sonra hibrid təzyiqlərə və təhdidlərə məruz qalmaqdadır: “Sanki hərbi meydandakı proseslər informasiya məkanına daşınıb və biz informasiya suverenliyimizə gündəlik olaraq ciddi informasiya tullantılarının, qəsbkar təxribatlarının edildiyini görürük. Son dövrlərdə süni intellekt məhsulları ilə dövlət məmurlarının hərəkətlərini canlandıraraq, insanlar qarşısında saxta mənzərələr yaradırlar. Bu onların şəxsi həyatına, ailə həyatına, işgüzar imicinə və siyasi reputasiyasına edilən qəsdlərdir”. O, belə hallarla mübarizəni gücləndirmək üçün büdcədən vəsaitin artırılmasını təklif edib.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə gələn ilin büdcəsində siyasi partiyalar üçün vəsaitin artırılmasını təklif edib. Onun sözlərinə görə,  bu gün ölkədə dövlət maraqları çərçivəsində fəaliyyət göstərən partiyalar var: “AXCP və “Müsavat” kimi vətənə xəyanət edən partiyalar istisna olmaqla, digər partiyalar dövlətlə birgə, vahid mövqedə çalışırlar. Bu baxımdan siyasi partiyalara ayrılan vəsaitin də artırılması məqsədəuyğun olar”. 

Millət vəkili Soltan Məmmədov isə bildirib ki, Azərbaycan münaqişə sonrası humanitar proseslərdə daim məsuliyyətli mövqe nümayiş etdirir. Onun sözlərinə görə, ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, azad edilmiş ərazilərdən minalardan təmizlənməsi, infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin geri qayıdışı məsələlərində son dərəcə müdrik, qətiyyətli mövqe nümayiş etdirir: “Artıq elə bir dövr gəlib çatıb ki, Cənubi Qafqaz əməkdaşlığın, yeni sərmayə axınlarının, yaşıl enerji, nəqliyyat və mədəni diplomatiyanın mərkəzinə çevrilməlidir. Bu hədəf üçün Azərbaycan lazımı siyasi iradəni nümayiş etdirir və bütün tərəfdaşlarla əməkdaşlığa açıqdır. Bu baxımdan, bir qrup ABŞ senatorunun ədalət məhkəməsinə cəlb edilmiş erməni əslli şəxslərə dair mövqeyi məsələyə qeyri-obyektiv yanaşmanın təzahürüdür. Bu, Azərbaycanın suveren məhkəmə proseslərinə müdaxilə kimi qiymətləndirilir. Belə yanlış bəyanatlar bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət etmir, əksinə, Ermənistanın əsasız iddialarını stimullaşdırır”.

S.Məmmədov qeyd edib ki, Azərbaycan tərəfi 2020-ci il 44 günlük müharibədən sonra bütün hərbi əsrlərin qarşılıqlı şəkildə geri qaytarılması öhdəliyini tam şəkildə yerinə yetirib: “Bu gün ölkəmizdə saxlananlar və barəsində hüquqi prosedurlar aparılan şəxslər hərbi əsir deyil. Onlar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdir”.

İclasda çıxış edən digər millət vəkilləri də 2026-cı ilin dövlət büdcəsi haqqında fikir və təkliflərini səsləndiriblər.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see494

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see381

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see331

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see304

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see273

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see270

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see267

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see248

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see221

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri