Euronews Azərbaycan çayı barədə: Sadəcə qonaqpərvərlik rəmzi deyil, həm də...
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Azərbaycanda çay sadəcə qonaqpərvərlik rəmzi deyil, həm də gündəlik həyatın ayrılmaz hissəsidir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Euronews" telekanalının Azərbaycanda sakinlərin çaya münasibətinə dair hazırladığı məqalədə qeyd olunub.
Bildirilir ki, yerli sakinlər demək olar, bütün mühüm həyat hadisələrini çayla əlaqələndirirlər. Çay söhbətdən əvvəl süfrəyə gəlir, işgüzar danışıqların tonunu müəyyənləşdirir, kədəri yumşaldır və gecəyədək davam edən söhbətlərin ayrılmaz hissəsinə çevrilir. Bu ölkədə süfrəyə çaysız əyləşmək qeyri-adi hal hesab olunur. Çay zərif çayniklərdən hər kəsin dərhal tanıdığı armud formasında xüsusi "armudu" stəkanlara süzülür.
Məqalədə qeyd olunur ki, stəkanın incə "beli" və yuvarlaq oturacağı sadəcə estetik detal deyil. Bu forma istiliyi daha uzun müddət saxlamağa imkan verir: qaynar hissə aşağıda cəmlənir, stəkanın yuxarı hissəsində isə çay bir qədər soyuyur ki, insan dodaqlarını yandırmadan onu kiçik qurtumlarla rahat şəkildə içə bilsin. Eyni zamanda, bu stəkan barmaqlar arasında olduqca rahat yerləşir.
Çay süfrəsinin növbəti və ən vacib hissəsi isə mürəbbələrdir. "Euronews" yazır ki, mürəbbələr kiçik, çox vaxt büllur nəlbəkilərdə təqdim olunur. Çiyələk, armud, ərik və qoz mürəbbələrində meyvələr öz formasını tam qoruyur və əzilmir. Bu ənənə ilə tanış olmayanlar üçün isə bu, əsl kiçik sensasiya təsiri bağışlayır.
Lakin burada söhbət çörəyə yaxılan adi cemdən getmir. Azərbaycanda mürəbbəni çaya qatmaq və ya çörəyin üzərinə çəkmək qəbul edilmir. Burada xüsusi çay içmə qaydası var: əvvəlcə nəlbəkidən kiçik qaşıqla mürəbbə dadılır, ardından isə isti çaydan bir qurtum alınır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 May 2026 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















