Icma.az
close
up
RU
Milli Məclisin komissiyası COP29a qarşı hibrid hücumlara dair hesabat hazırlayıb

Milli Məclisin komissiyası COP29a qarşı hibrid hücumlara dair hesabat hazırlayıb

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2023-cü il dekabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi qərarı verildiyi gündən ölkəmizə qarşı informasiya əməliyyatları kəskin hal alıb.

APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasından bildirilib.

Qeyd edilib ki, kampaniyanın getdikcə əlaqələndirilmiş formada aparılaraq kütləviləşməsi səbəbindən Milli Məclisin sədrinin tapşırığı ilə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində araşdırmalara başlayıb.

Araşdırmaların nəticəsi olaraq, oktyabrın 21-də “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda Milli Məclisin deputatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, beyin mərkəzləri təmsilçilərinin, hibrid təhdidlər və kibertəhlükəsizlik üzrə ekspertlərin iştirakı ilə ictimai müzakirə keçirildi və məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb:

"Qısa müddət sonra isə həmin müzakirənin yekunları və açıq mənbələrdən əldə edilən məlumatların təhlili əsasında 2024-cü ilin noyabrında Azərbaycan və ingilis dillərində “COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı xüsusi hesabat hazırlandı.

Burada Azərbaycana qarşı istifadə olunan hibrid təhdidlərin dezinformasiya, habelə hüquq və müharibə terminlərinin kombinasiyasından yaranmış “Lawfare” növləri barədə söz açılır, onların haradan və kimlər vasitəsilə təşkil olunduğu sübuta yetirilir. Həmçinin bəzi ölkələrin bu hibrid hücumları təşkil edərkən beynəlxalq hüququn norma və prinsiplərindən yayınmaq məqsədilə istifadə etdikləri mexanizmlər göstərilir.

Hesabatda hibrid hücum alətləri kimi istifadə olunan parlamentlər və müəyyən dövlətlərin maliyyə və siyasi dəstəyi əsasında konkret sifarişlər yerinə yetirən bir sıra beynəlxalq insan hüquqları təşkilatları barədə də söz açılır.

Eyni zamanda, onların maliyyələşmə mexanizmləri və idarəçiliyindəki şəxslərin tərəfsiz olmadıqları, müəyyən qrupları, habelə Ermənistanın və dünya erməniliyinin maraqlarını təmsil etdikləri müəyyən edilir. Bununla yanaşı, bir sıra parlamentarilərin, iri media qurumlarının qeyd edilən “insan hüquqları” təşkilatları və erməni lobbisi ilə koordinasiya edilmiş fəaliyyətinə nəzər salınır, kampaniyaların aparılma forması ilə bağlı nümunələr göstərilir.

Hesabatda ölkəmizə qarşı ənənəvi düşmənçilik edən və anti-COP29 kampaniyasında fəal iştirak edən erməni lobbi təşkilatlarının, zəngin diaspor ermənilərinin və Ermənistan Respublikası rəsmilərinin fəaliyyətlərinə də geniş yer ayrılır.

Yekunda son aylarda COP29-a qarşı istifadə olunan sosial media kampaniyaları, həştəqlər təhlil edilir və ümumilikdə dünya mediasının tədbirə marağı ilə bağlı statistik rəqəmlər təqdim olunur.

Beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından, qeyd olunan xüsusi hesabatın dost və tərəfdaş ölkələrin parlamentlərinə göndərilməsi də nəzərdə tutulur".

Hesabat-COP29-a garshı hibrid hucumlar.pdf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri