Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Operativ MM saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib.
İclasda bir neçə ölkə ilə sazişlərin təsdiq edilməsi, bəzi qanun layihələrinə, həmçinin Cinayət və İnzibati Xətalar məcəllələrinə bəzi dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
29 Noyabr 2024 11:06

