Milli Məclisin plenar iclası ləğv olunub
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisinin bu günə, dekabrın 4-nə planlaşdırılan plenar iclası ləğv olunub.
Mia.az Musavat.com-a istinadla bildirir ki, əvvəlcədən 2025-ci ilin büdcə zərfinin 3-4 dekabr tarixlərində müzakirəsi nəzərdə tutulsa da, qanun layihəsinin və gündəlikdəki digər layihələrin ikinci oxunuşda ötən gün müzakirə olunaraq, qəbul edilməsi səbəbindən bugünki iclasa ehtiyac qalmayıb.
Hələlik növbəti plenar iclasın vaxtı təyin edilməyib. İstisna deyil ki, yaxın günlərdə növbəti iclas keçiriləcək və hökumətin iştirakı ilə dövlət büdcəsi, həmçinin büdcə zərfinə daxil olan qanun layihələri sonuncu oxunuşda təsdiqlənəcək.
Baxış sayı:52
Bu xəbər 04 Dekabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















